Dünya
Prezident mühafizəçisi intihar etdi
Ukrayna Prezidenti Petro Poroşenkonun evinin mühafizəçisi intihar edib. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Poroşenkonun Kiyev yaxınlığındakı Konça-Zaspe ərazisindəki evini mühafizə edən polis əməkdaşı özünü öldürüb. Xüsusi təyinatlı polis dəstəsinin serjantı olan Sergey Qalasun Poroşenkonun evinin yaxınlığında xidməti postunda intihar edib.
Tanınmış aktrisa kinostudiyanı məhkəməyə verdi
Kanadalı məşhur aktrisa Teylor Hikson əməkdaşlıq etdiyi kinostudiyanı məhkəməyə verib. Buna səbəb 20 yaşlı aktrisanın 2016-cı ilin dekabrında "Ghostland" filminin çəkilişləri zamanı üzündən ağır yaralar alması olub.
Azərbaycan vətəndaşları Tatarıstanda kütləvi şəkildə zəhərlənib?
Suriyada xəritə DƏYİŞDİ - “Mehmetcik”dən böyük QƏLƏBƏ
Hərbi bazada partlayış
Məktəbdə növbəti atışma - ABŞ- da
Yeni ÖLÜMCÜL XƏSTƏLİK yayılır - Vaksini yoxdur
Nigeriyada yanvar ayından bəri yayılan Lassa epidemiyası misli görülməmiş sürətlə yayılır. Adı çəkilən virus artıq ölkənin azı 18 ştatına yayılıb. Son hesablamalara görə, təkcə doqquz həftə ərzində ölkədə 110 nəfər həlak olub. Qurbanlardan savayı 353 əlavə yoluxma halı qeydə alınıb. Yoluxanlar arasında 16 tibb işçisinin olduğu deyilir. Ümumilikdə 3 minə yaxın insan virusa yoluxmaqda şübhəli bilinir.
Ərdoğan Ruhani ilə Suriyadakı vəziyyəti müzakirə etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı Həsən Ruhani arasında telefon danışığı olub. Prezidentlər telefon danışığı zamanı Suriyadakı son hadisələri, Şərqi Quta ətrafında yaranan vəziyyəti müzakirə ediblər.
ABŞ-da silahlı insident baş verib, ölən və yaralananlar var
ABŞ-ın Hörtsboro şəhərində (Alabama ştatı) restoranda atışma olub. Hadisə nəticəsində restoranın 69 yaşlı sahibi ölüb, 3 nəfər yaralanıb.
İranda güclü zəlzələ
Daha bir nəşr ABŞ-ın dəhşətli planını İFŞA ETDİ - Hər şey YENİDƏN BAŞLAYIR
İŞİD terror qruplaşması genişmiqyaslı hücum üçün İraqla sərhədin yaxınlığında böyük gücləri toplayır. Bu haqda “Al-Masdar News” nəşri yazıb. Nəşrin mənbələrinin məlumatına görə, çox güman ki, terrorçular Fərat və Xabur çayları boyu yerləşən əsas rayonları öz nəzarəti altına qaytarmağa çalışacaqlar. Sözügedən bölgədə kifayət qədər böyük şəhərlər, həmçinin bir sıra neft yataqları var.
“WeChat” messencerinin auditoriyası 1 milyardı ötüb
“WeChat” messencerinin auditoriyası qlobal miqyasda 1 milyard istifadəçini ötüb. Bu barədə messencerin məxsus olduğu “Tencent” şirkətinin məlumatında bildirilərək ayda bu sayda insanın servisdən istifadə etdiyi qeyd olunur.
Eynşteynin yazdığı məktub 103 min dollara satıldı
Enşteynin nisbilik nəzəriyyəsindən bəhs edən məktubu "Winner" hərracında 103 min dollara satılıb. Məlumata görə, məktub Eynşteynin elmi karyerasının ən maraqlı və həyəcanlı dövründə yazılıb. 1928-ci ildə Berlindən göndərilən məktub, nisbilik nəzəriyyəsinə həsr edilib və riyaziyyatçı Herman Münzə ünvanlanıb.
“Google” şirkəti 72 kubitlik kvant kompüteri yaratmağa müvəffəq olub
“Google” şirkətində işləyən alimlər qrupu tərəfindən yaradılmış kvant prosessorunda ikiölçülü massivə birləşdirilmiş 72 yüksək keçirici kubitdən istifadə edilir. Bu haqda şirkətin bloqunda məlumat verilib.
“Loihi” süni intellekt çipinin inkişafı üçün açıq cəmiyyət yaradılıb
“Intel” şirkəti süni intellektdən istifadə edən sistemlər üçün nəzərdə tutulan “Loihi” çipinin inkişafı məqsədilə açıq cəmiyyət yaradıb.














