Dünya

İnsan səsini təqlid edən süni intellekt təqdim olunub

7 Mart 2018 18:40

Maşın təlimi əsasında işləyən “Deep Voice” adlı texnologiya 800 saatdan çox davam edən və təxminən 2400 müxtəlif səsdən ibarət səsli yazı üzərində "məşq etdirilib". Neyron şəbəkəsinin səmərəli işləməsi üçün təxminən 100 ədəd 5 saniyəlik səs siqnalı lazımdır, bu halda sözügedən texnologiya 10 ədəd 5 saniyəlik səs siqnalından sonra səsin tanınması sistemlərini aldada bilər.

Putinin seçki kampaniyasına xərclədiyi maliyyə vəsaitinin həcmi açıqlandı

7 Mart 2018 18:31

Rusiya prezidenti Vladimir Putinin seçki fondu seçkiqabağı kampaniyaya 347 milyon rubl (61 milyon 31 min 18 dollar, yaxud 10 milyon 375 min 300 manat) xərcləyib. Bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Həcc məsələləri üzrə departament rəhbərinin avtomibili partladılıb - Ölənlər var

7 Mart 2018 18:19

Əfqanıstanın Cəlalabad şəhərində avtomobilin partladılması nəticəsində iki nəfər həlak olub, 10 nəfər isə xəsarət alıb. Məlumata görə, naməlum şəxslər Nanqarhar əyalətinin Həcc məsələləri üzrə departamentinin rəhbərinin avtomibilini partladıb. 

Dünyasını dəyişən müğənninin ölmədən öncəki son səsli mesajı üzə çıxdı - VİDEO

7 Mart 2018 18:14

Müğənni və menecer Yaşar Qaqanın müalicə aldığı xəstəxanada dünyasını dəyişdiyi barədə məlumat vermişdik. Yaşarın Kibariyəyə səsli mesaj yolladığı, məşhur həmkarına klip sözü verdiyi ortaya çıxıb.

Bu ölkədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

7 Mart 2018 18:06

Şri-Lanka hökuməti ölkədə davam edən zorakılıq dalğası ilə əlaqədar sosial şəbəkələrə, xüsusilə də "Facebook", "Instagram" şəbəkələrinə və "WhatsApp" messencerinə girişi məhdudlaşdırıb. Bu qərar "nifrət dolu çıxışların" qarşısının alınması üçün atılıb.

Dünyanın ən varlı insanının varidatı tarixdə ilk dəfə 100 milyard dolları keçdi

7 Mart 2018 17:37

“Forbes” jurnalının hər il tərtib etdiyi dünyanın ən varlı insanları siyahısına “Amazon” kompaniyasının rəhbəri Ceff Bezos başçılıq edir. TASS xəbər verir ki, reytinq siyahısı martın 6-da nəşrin saytında dərc olunub.

BMT baş katibi: "Gender bərabərsizliyi və ayrı-seçkilik hamımız üçün zərərlidir"

7 Mart 2018 17:32

“Gender bərabərliyinin əldə olunması, qız və qadınlara səlahiyyətlər verilməsi dövrümüzün hələ başa çatdırılmamış vəzifəsidir və bu gün dünyada insan haqları sahəsində ən böyük problemdir”. Bunu BMT baş katibi Antonio Qutyerres 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə qadınlara müraciətində deyib.

Putin ABŞ-ın birinci ledisini necə aldadıb...

7 Mart 2018 17:06

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın həyat yoldaşı ilə aralarında baş verən dialoqu xatırlayıb.  “Dünya nizamı 2018” adlanan sənədli filmdə danışan Putin 2017-ci ildə Hambuqra G20 sammiti zamanı Melaniya Trampa yalan danışdığını da etiraf edib. 

Ermənistanın İrana qarşı ərazi iddiaları var

7 Mart 2018 16:54

Ermənistanın qonşu dövlətlərə qarşı ərazi iddiaları irəli sürməsi artıq əndazəsini aşıb. Sovet İttifaqı dağıldıqdan sonra Ermənistan Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan və İrana qarşı da ərazi iddiaları irəli sürmüşdü. Dünyada siyasi mənzərə dəyişdikcə Ermənistan da öz məkrli siyasətində dəyişiklik edir.

Saakaşvili: "Tiflis Poroşenkoya yalvarırdı ki..."

7 Mart 2018 16:30

Gürcüstan hökuməti Ukrayna Prezidenti Pyotr Poroşenkodan Tiflisə qaytarılmamağımı istəyib. Bunu “Meduza” saytına müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili söyləyib.

Trampın qərarına etiraz edən müşaviri istefa verdi

7 Mart 2018 16:10

ABŞ prezidenti Donald Trampın iqtisadiyyat üzrə baş müşaviri Hari Kon istefa etdiyini açıqlayıb. Müşavir Trampın polad və alüminiumun idxalı üçün rüsum tətbiq edəcəyini bildirəndən sonra vəzifəsindən getməyi qərara alıb: “Ölkəmə xidmət etmək və xüsusilə, tarixi vergi islahatı kimi amerikalılara töhfə verən iqtisadi artıma imkan yaradan iqtisadi siyasəti həyata keçirməkdən məmnun oldum. Prezident Trampa bu şansı mənə verdiyi üçün minnətdaram”. 

Üç ölkə OPEK-ə üzv olmaq üçün ərizə verib

7 Mart 2018 16:08

Konqo, Çad və Malayziya Neft İxrac Edən Ölkələr Birliyinə (OPEK) daxil olmaq üçün ərizə veriblər.  Bu barədə Ekvatorial Qvineyanın dağ-mədən və karbohidrogenlər sənayesi naziri Qabriel Mbeqa Obianq Lima məlumat verib.  “Afrikada bunda maraqlı olan Konqo, Çad kimi potensial istehsalçı ölkələr var. Əlbəttə indi istehsalla məşğul deyillər, lakin inkişaf edirlər. Yekun nəticədə gündəlik 3-4 min barrel neft istehsalı səviyyəsinə çata biləcəklər”. 

“ABŞ həyasızcasına bizi aldatdı, Kiyevdə çevriliş etdi” - Putin

7 Mart 2018 16:05

“ABŞ indiki Ukrayna hökumətini dəstəkləməyə məcburdur. Çünki ABŞ faktiki olaraq öz əlləri ilə 2014-cü ildə Ukraynada dövlət çevrilişi həyata keçirdi və “özlərini küncə sıxışdırdılar””.

Yaponiya israrlıdır: “Pxenyana təzyiqləri davam etdirəcəyik”

7 Mart 2018 15:55

Yaponiya Şimali Koreyaya təzyiqlərini davam etdirəcək. Bunu jurnalistlərə açıqlamasında Yaponiya hökumətinin baş katibi Yosixide Suqa söyləyib. Onun sözlərinə görə, bu təzyiqlər Pxenyanın nüvə və raket proqramından tam imtinasına yönəlib: “Şimali Koreya ilə əvvəlki dialoqlarımız regionun nüvəsizləşdirilməsinə gətirib çıxarmayıb. Pxenyanla bağlı siyasətimizdə heç bir dəyişiklik yoxdur”.

Putindən Krım etirafı: "Bizi qəsdən bu vəziyyətə saldılar"

7 Mart 2018 15:47

Moskvanı bilərəkdən indiki duruma salıblar. Bu sözləri Rusiya Prezidenti Vladimir Putin “Dünya nizamı 2018” filmində Krımın anneksiyası və Qərb sanksiyalarını şərh edərkən söyləyib. “Mənə hərdən elə gəlir ki, bunun müəyyən əsası var. Kimsə zamanında necə hərəkət edəcəyimizi bilərək, qəsdən bizi bu vəziyyətə gətirib. Çox az şəxs gözləyirdi ki, biz belə sürətli və qəti şəkildə hərəkət edəcəyik”, – deyə o bildirib.