Dünya
Türkiyədə Baş nazir postu ləğv ediləcək
Türkiyənin prezident respublikasına keçməsi ilə 2019-cu ildə Baş nazir postu ləğv ediləcək. Bundan başqa, Türkiyə parlamentində deputatların sayı 550-dən 600-dək artırılacaq. Türkiyə mətbuatı parlamentdə yeni komissiyanın yaradılacağını da yazır.
11 yaşlı azərbaycanlı qızın deportasiyası Almaniyanı qarışdırdı
Bavariya torpağının Hautsenberq şəhərindəki idman məktəbinin şagirdləri səkkiz ildir ki ailəsi ilə Almaniyada yaşayan 11 yaşlı azərbaycanlı qız Zərnişanın deportasiya olunmasına qarşı etiraz aksiyası təşkil ediblər.
Çeçenistanda vertolyot qəzası baş verdi
“112” teleqram-kanalı xəbər verir ki, ilkin məlumata görə, Çeçenistanda vertolyot qəzası baş verib. Hadisə nəticəsində 7 nəfərin öldüyü bildirilir.
Ermənistanın siyasi həyatında yeni prezidentin xüsusi yeri olmayacaq
Martın 2-də Ermənistanda keçirilən prezident seçkiləri hələ də müzakirə predmeti olaraq qalır. Ölkənin əksər siyasi qüvvələri parlament tərəfindən seçilən Hakim “Respublika” Partiyasının namizədi Armen Sarkisyanın prezidentliyini həzm edə bilmir. Qeyd edək ki, ilk dəfədir ki, müstəqil Ermənistanda doğulmuş şəxs ölkə prezidenti seçilib. Bundan əvvəlki prezidentlər Serj Sarkisyan və Röbert Koçaryan Qarabağda, Levon Ter-Petrosyan isə Suriyada doğulublar.
Çin Rusiyanı işğal edir: 30 milyard...
Çin investorları Rusiyanın Uzaq Şərqdəki vilayətlərinə 30 milyard dollarlıq investisiya qoymaq niyyətindədirlər. Bunu jurnalistlərə açıqlamasında Çinin Rusiyadakı səfiri Li Xuey söyləyib. O, investisiyaların daha çox neft-qaz sənayesi, kənd təsərrüfatı və maliyyə sferasına qoyulacağını bildirib.
Mİ-5 QRU zabitini kimin zəhərlədiyini açıqladı
Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalın zəhərlənməsi Rusiya ilə bağlıdır. Bu barədə informasiyanı “Tayms” qəzeti Britaniyanın Mİ-5 kəşfiyyat idarəsindəki mənbələrinə istinadən yayıb. Kəşfiyyat sui-qəsdin dövlət tərəfindən maliyyələşdirilə biləcəyini vurğulayıb. Mİ-5-in irəli sürdüyü versiyalar sırasında şəxsi motivlər və Skripalın rəqiblərinin onu öldürmək istəklərinin də yer aldığı bildirilib.
OPEC: Qlobal enerji böhranı ola bilər
Neftin qiymətindəki ucuzlaşma ilə əlaqədar bu günə qədər qlobal neft sənayesində təxminən 1 trilyon dollarlıq zərər meydana gəlib. İnvestisiyaların davam etməməsi qlobal enerji böhranına səbəb ola bilər.
Türkiyədə oteldə yanğın: qonaqlar özlərini pəncərədən atdılar - VİDEO
Türkiyənin İzmir şəhərindəki otellərin birində yanğın baş verib. Yanğın nəticəsində ölən və yaralananların olması barədə məlumat yoxdur. Hadisə şahidlərinin dediyinə görə, oteldəkilər yanğın zamanı özlərini pəncərədən atıblar.
Ukrayna Avroviziyadan gedir?
Ötən il Avroviziya mahnı müsabiqəsinin ev sahibi olan Ukrayna yarışmadan çəkilə bilər. Bu barədə “ESChalley” səhifəsi məlumat yayıb.
Bu görüş bölgənin taleyini müəyyən edəcək - TARİX AÇIQLANDI
Türkiyə, Rusiya və İran liderlərinin iştirakı ilə üçtərəfli sammit aprelin 4-də İstanbulda keçiriləcək. Bu haqda diplomatik mənbəyə istinadən “Milliyət” qəzeti bildirib.
ABŞ Kim Çendən qardaşının qisasını alır – Yeni sanksiya
ABŞ Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib. Bu barədə informasiyanı ABŞ Dövlət Departamenti yayıb. Sanksiyalara səbəb Şimali Koreya liderinin qardaşı Kim Çen Namın keçən ilin fevralında Malaziyada VX zəhərindən istifadə edilərək öldürülməsi olub. Departament kimyəvi silah vasitəsilə həyata keçirilən bu qətlləri pislədiyini bildirib.
Lisin Rusiyanın ən varlısı oldu
Vladimir Lisin Rusiyanın ən zəngin adamı olub. “Forbes” jurnalının hazırladığı reytinqdə onun sərvətinin 19,1 milyard dollar olduğu bildirilib. Lisin ən yaxın izləyicisi Aleksey Mordaşovu 400 milyon dollar geridə qoya bilib. İlk üçlüyü isə 18 milyard dollarla Leonid Mixelson tamamlayıb. Rusiya milyarderlərinin ilk onluğunda həmçinin “Lukoyl”un rəhbəri Vahid Ələkbərovun da adı yer alıb.
Putinin reytinqi sürətlə düşür: O, hansı səhvlər buraxdı?
Rusiyada əhalinin bir milyondan çox olduğu şəhərlərdə Vladimir Putin mövqelərini itirməyə başlayıb. Bu barədə informasiyanı “Vedemosti” qəzeti yayıb. Ümumrusiya İctimai Fikrin Tədqiqatı Mərkəzinin keçirdiyi sorğuya diqqət yetirən qəzet Putinin bir ay ərzində Moskva və Sankt-Peterburqda 12% səs itirdiyini bildirib. Nəticədə bu şəhərlərdə onun tərəfdarlarının sayı əhalinin 57,1%-ni təşkil edib.
"Whatsapp"dan hər kəsin gözlədiyi yenilik - VİDEO
"Whatsapp" istifadəçilərinin uzun müddətdir gözlədiyi "Youtube" dəstəyi İOS istifadəçiləri üçün istifadəyə təqdim edilib. Artıq "Whatsapp" üzərindən göndərilən "Youtube" videolarını tətbiqdən çıxmağa ehtiyac qalmadan eyni səhifədə izləmək mümkün olacaq.














