Dünya

Dünyanın ən varlısı yenə Bezos oldu

7 Mart 2018 12:05

Forbes jurnalı 2018-ci ilin "Dünya Milyarderləri" siyahısını açıqlayıb. 31-ci dəfə yayımlanan siyahıda "Amazon şirkətinin yaradıcısı Ceff Bezos 1-ci sırada qərarlaşıb. O, "Microsoft"un yaradıcısı Bill Qeytsi geridə qoyub. Bezosun sərvəti 112 milyard dollar, Qeytsin sərvəti isə 90 milyard dollardır. Vorren Baffet 84 milyardla 3-cü ola bilib.

Kuril adalarında güclü zəlzələ

7 Mart 2018 11:53

Kuril adaları qrupuna daxil olan İturup adasının sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb.

Hind okeanında Danimarka gəmisi partlayıb: itkin düşənlər var

7 Mart 2018 11:48

Hindistanın Lakşadvip adaları yaxınlığında Danimarkanın "Maersk" şirkətinə məxsus konteyner daşıyan gəmidə partlayış baş verib. Məlumata görə, hadisə zamanı gəmidə 27 ekipaj üzvü olub.

Konsulluq qarşısında terakt törətməyə hazırlaşan 13 suriyalı tutuldu

7 Mart 2018 11:47

Türkiyənin Adana vilayətində ABŞ konsulluğunun qarşısında terror aktı törətməyə hazırlıqda şübhəli bilinən 13 nəfər saxlanılıb. Saxlanılan şəxslərin hamısı Suriya vətəndaşıdır.

Məşhur müğənninin qızını Facebook-da tanış olduğu oğlan zorladı

7 Mart 2018 11:37

Türkiyədə məşhur bir müğənninin 14 yaşlı qızı Facebook vasitəsi ilə tanış olduğu şəxs tərəfindən zorlanıb. 19 yaşlı B.U. -dan qızın atası şikayətçi olub. Həbs olunan B.U. haqqında 35 il həbs tələbi il məhkəmə prosesi işinə başlayıb. Müğənninin 14 yaşlı qızının "İstəyimlə oldum" ifadəsi də cəzaya mane ola bilməyib.

Putin qələbə müjdəsi verdi, rus zabitlərin qətliamı başladı…

7 Mart 2018 11:23

Putin ötən ilin dekabrında Suriyaya gedərək təntənəli şəkildə bəyanat verdi ki, biz qalib gəldik və artıq hərbi qruplaşmanın çox hissəsini çıxarmağa başlayırıq. Bu sözləri Rusiyanın An-26 nəqliyyat təyyarəsinin Suriyada qəzaya uğraması olayını şərh edən politoloq Şahin Cəfərli deyib.

ABŞ Türkiyəyə təşəkkür etdi - Təhlükə aradan qalxdı

7 Mart 2018 11:21

ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyet Ankaradakı səfirliyin bağlanmasına səbəb olan təhlükə ilə bağlı alınan tədbirlərə görə Türkiyə hökumətinə təşəkkür edib. Bu barədə “Hürriyyət” qəzeti məlumat yayıb.

Hospital atəşə tutuldu - Suriyada

7 Mart 2018 10:04

Suriyada terrorçuların Tişrin hospitalını atəşə tutması nəticəsində 10 nəfər ölüb, daha 49 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Bu barədə Rusiyanın Düşmən Tərəflərin Barışdırılması Mərkəzinin rəhbəri general-mayor Yuri Yevtuşenko deyib.

Terrorçular məhv edildi

7 Mart 2018 10:01

Putin reklama çəkildi - VİDEO

7 Mart 2018 09:47

Futbol üzrə dünya çempionatına 100 gün qalmış Rusiya prezidenti Vladimir Putin reklama çəkilib. Videorolikdə ölkə başçısı Kremldə həmkarı ilə top oynayır və sonda topu başı ilə vurur. Reklamda eyni zamanda çempionatda iştirak edəcək 32 ölkə iştirakçıları da yer alır. 

6 tonluq peyk fəzaya buraxıldı

7 Mart 2018 09:43

İlon Maska məxsus olan "SpaceX" şirkəti 6 ton çəkidə peyki fəzaya buraxıb. İspaniyanın "Hispasat 30W-6" rabitə peyki bu gün ABŞ-ın Kanaveral kosmodromundan "Falcon 9" raket daşıyıcısı vasitəsilə göndərilib.