Dünya

ABŞ-ın Türkiyədəki səfirliyi bu gün açılacaq

7 Mart 2018 09:42

ABŞ-ın Türkiyədəki səfirliyi iki günlük fasilədən sonra bu gün fəaliyyətini bərpa edəcək. Bu barədə ABŞ səfirliyinin sözçüsü David Gainer bildirib. O, təhlükəsizliyi yüksək səviyyədə təmin etdiyi üçün türk polisə minnətdarlığını bildirib.

"9-cu sinif şagirdinə 6 nəfər birdən təcavüz etdi" - DƏHŞƏTLİ FAKTLAR

7 Mart 2018 09:34

Əsəd rejimi ilə idarə olunan həbsxanalarda yaşanan vəhşiliyi danışan qadınlar dünya mediasının marağına səbəb olub. Həbsxanada saxlanılan məktəbli qıza 6 nəfər birdən təcavüz edib.  Suriyada Bəşər Əsəd rejiminin həbsxanalarında qanunsuz olaraq saxlanılan, işgəncə görən və təcavüzə məruz qalan qadınlar gördüklərini jurnalistlərə danışıb. Rejimin nəzarətindəki həbsxanalarda qanunsuz şəkildə, heç bir mühakimə olunmadan 7900 nəfər qadın saxlanılır.

Rusiya təyyarəsi qəzaya uğradı – 39 ölü (YENİLƏNDİ)

6 Mart 2018 21:47

Təyyarədə 33 sərnişin və ekipajın 6 üzvü olub. Onların hamısı ölüb. Hələ həlak olanlar haqqında dəqiqləşdirilmiş məlumatlar yoxdur.

“Microsoft”un mobil poçtu eşitməyi və danışmağı öyrənəcək

6 Mart 2018 19:30

“Microsoft” tərəfindən hazırlanmış “Cortana” səsli köməkçisi “Outlook” mobil poçt xidmətinə inteqrasiya ediləcək.

Ən populyar virtual reallıq şlemi hansıdır?

6 Mart 2018 19:20

"Steam” xidmətindən istifadə edənlərə məxsus kompüterlərin komponentləri haqda “Valve” şirkəti tərəfindən tərtib edilmiş hesabata əsasən, qeymerlərin əksəriyyəti virtual reallıq qarnituru kimi “Oculus Rift” cihazından istifadəyə üstünlük verirlər. 2018-ci ilin fevralında bu virtual reallıq şlem sahiblərinin payı 47,31%-ə yaxınlaşıb.

“Huawei” şirkəti şəbəkələrin analizi üçün həll təqdim edib

6 Mart 2018 18:55

Çinin “Huawei” telekommunikasiya avadanlığı istehsalçısı şəbəkə istifadəçilərinin davranışını öyrənən və proqnozlaşdıran “Intent-Driven Network” analitik həllini təqdim edib.

İspaniya 6 tonluq peykini fəzaya buraxdı

6 Mart 2018 18:50

“SpaceX” şirkəti 6 tonadək çəkisi olan İspaniyanın “Hispasat 30W-6” rabitə peykini fəzaya buraxıb. Məlumata görə, peyk bu gün səhər saatlarında ABŞ-ın Kanaveral kosmodromundan “Falcon 9” raket daşıyıcısı vasitəsilə buraxılıb. 

Putin əcdadlarından danışdı: Babam aşpaz olub

6 Mart 2018 18:23

Rusiya prezidenti Vladimir Putin deyib ki, babası aşpaz olub, atası isə zavodda usta işləyib. Məlumata görə, rusiyalı lider bunu Ümumrusiya Fəhlə Gənclərin Forumu iştirakçıları ilə söhbəti zamanı deyib. Rusiya prezidenti bildirib: "Babam aşpaz olub. Atam isə zavodda usta. Yeri gəlmişkən, atam Leninqradda Yeqorov adına vaqonqayırma zavodunda işləyib".

Ölən meymunun balası əməliyyatla xilas edildi

6 Mart 2018 18:16

Tailandda maşının vurması nəticəsində ölən hamilə meymunun balası bir könüllü tərəfindən qeysəriyyə əməliyyatı vasitəsilə xilas edilib. Məlumata görə, meymun balası doğulduğu vaxt ürəyi döyünmürdü və könüllü qadın ona ürək mesajı tətbiq edərək həyata qaytarıb.

Dənizdən şüşə içində olan 132 illik məktub tapıldı

6 Mart 2018 18:13

Avstraliyanın Pert şəhəri yaxınlığında sahildə, şüşə içində saxlanılmış ən köhnə məktub tapılıb. Məlumata görə, şüşənin yaşı 132 il olub. Şüşəni sahildə gəzən bir qadın tapıb. Qadının sözlərinə görə, köhnə şüşə onun diqqətini cəlb edib və o, şüşəni onun kitab şkafında yerləşdirəcəyini qərara alıb. Lakin içində məktub olduğunu gördükdən sonra onu muzeyə verib.

Rusiyanın hərbi nəqliyyat təyyarəsi Suriyada qəzaya uğrayıb, 32 nəfər ölüb

6 Mart 2018 18:11

Rusiyanın hərbi nəqliyyat təyyarəsi Suriyada qəzaya uğrayıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. İlkin məlumata əsasən, təyyarənin göyərtəsində 26 sərnişin və 6 heyət üzvü olub. Onların hamısının həlak olduğu bildirilir.

Martın 16-da Astanada Türkiyə-Rusiya-İran görüşü olacaq

6 Mart 2018 17:59

Martın 16-da Türkiyə, Rusiya və İranın xarici işlər nazirlərinin Qazaxıstanın paytaxtı Astanada birgə iclası gözlənilir. Müzakirələrin əsas mövzusunun Suriya münaqişəsi olduğu bildirilir. Tərəflərin birgə hərəkətetmə planlarını və meydana gəlmiş bəzi problemləri müzakirə edəcəyi gələn xəbərlər sırasındadır.

Havada təhlükəli anlar

6 Mart 2018 17:57

Pegasus Hava Yollarının Kayseri İstanbul səfərinin sərnişinləri İstanbul səmalarında təhlükəli dəqiqələr yaşayıblar. Kayseridən İstanbula uçan təyyarə İstanbuldakı şiddətli yağmur və fırtına səbəbilə Sabiha Gökçen Havalimanına pilotların bütün səylərinə baxmayaraq enə bilməyib.

Ermənistanda yezidilərin qəbirləri satılıb

6 Mart 2018 17:46

Ermənistanın Kotayk vilayətinin Zovuni kəndinin milliyyətcə yezidi olan sakinləri onlara məxsus məzarlığın satılmasından şikayətçidirlər.