Dünya
Aktrisanın “Oscar”ını kim oğurlayıb?
“Oscar” mükafat mərasimində “ən yaxşı aktrisa” nominasiyası üzrə qalib elan edilən Frances McDormandın mükafatını oğurlayan şəxsin kimliyi açıqlanıb. Polislər əvvəlcə hadisənin təfərrüatı barədə açıqlama yayıb. Məlum olub ki, tanınmış iş adamı Volfkan Pakın fotoqrafı qaçan oğrunu tapıb və əlindəki mükafatı geri alıb. Oğru daha sonra gözdən itib. Los-Angeles polisi axtarışlar aparıb və cinayəti törətmək istəyən 47 yaşlı Terry Bryant həbs edilib.
Dünyada “uşaq nikahları” azalıb
Son 10 ildə UNİCEF dünyada 25 milyon uşaq evliliyinin qarşısını aldığını açıqlayıb. Təşkilatın hesabatına görə uşaq nikahlarında ən böyük azalma Cənubi Asiya ölkələrinin payına düşür. Xüsusilə Hindistanda erkən nikahlar ciddi şəkildə azalıb. BMT-nin davamlı inkişaf hədəfləri çərçivəsində dünya liderləri uşaq evliliklərinə 2030-ci ilə qədər son qoyacaqlarına söz veriblər.
Fransada qaçqınlar dövlətin payladığı yeməkdən imtina etdilər
Fransanın şimalındakı Kalais şəhəri yaxınlığında 2002-ci ildən bəri qaçqınların sığındığı düşərgədə dövlət tərəfində qida paylanılıb. Lakin yemək almağa cəmi iki nəfər gəlib.
Jirinovski: "Diktatura Rusiyaya xoşbəxtlik gətirəcək"
Rusiya Qərblə güc dilində danışmalıdır. Prezidentliyə namizəd olan Vladimir Jirinovski seçkiqabağı debatlarda diktatura rejimini dəstəklədiyini bildirib: "Qərblə başqa dildə danışmaq lazımdır.
SON DƏQİQƏ: Terrorçular Afrinə göndərilir - KİV
PKK-nın Suriya qolu YPG-nin isim dəyişdirmiş halı Suriya Demokratik Qüvvələrinə (SDQ) tabe 1700-ə qədər terrorçu digər cəbhələrdən Afrinə göndərilir. Bu barədə Reuters xəbər agentliyi məlumat yayıb.
Rusiyada yanğın nəticəsində ölən azərbaycanlıların sayı 7-yə çatıb
Rusiyanın Orenburq şəhərində baş vermiş yanğın nəticəsində xəsarət alan azərbaycanlılardan biri xəstəxanada ölüb. Bu barədə Orenburqdakı Azərbaycan icmasının rəhbəri Yaşar Məsimov məlumat verib. O bildirib ki, fevralın 12-də Orenburq şəhərinin Salmışskaya küçəsi-58/1 ünvanında yerləşən binanın 9-cu mərtəbəsində baş verən yanğın nəticəsində ağır yanıq xəsarəti alan 1936-cı il təvəllüdlü İzzət Quliyeva xəstəxanada vəfat edib.
Rusiyada ən çox maaş verilən dövlət orqanlarının ADLARI
2017-ci ildə Rusiyada federal dövlət orqanlarının orta aylıq əməkhaqqısı 118,8 min (2105 dollar) rubl təşkil edib. Məlumata görə, bu rəqəm 2016-cı illə müqayisədə 2,7 faiz çox olub. Ötən il ən yüksək əməkhaqqını hökumət aparatının (227,2 min rubl), Prezident Administrasiyasının (217,4 min rubl) və Hesablama Palatasının (180,7 min rubl) əməkdaşları alıb.
Poroşenkonun korteji piyadanı vurub- VİDEO
Ukrayna Prezidenti Petro Poroşenkonun kortejində olan avtomobil yaşlı sakini vurub. Məlumata görə, hadisə nəticəsində xəsarət alan piyada xəstəxanaya çatdırılıb.
Tillerson üç ölkənin baş diplomatını Vaşiqtona topladı
Estoniya, Latviya və Litva xarici işlər nazirləri Vaşinqtonda ABŞ Dövlət katibi Reks Tillersonla görüşüblər. Bu barədə informasiyanı Estoniya Xarici İşlər Nazirliyi yayıb. Görüş zamanı əsas müzakirə mövzusu Avropada təhlükəsizlik və transatlantik münasibətlər olub.
Səudiyyə tarixində ilk: Şahzadə kilsəyə getdi
Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman Qahirədəki Kıpti kilsəsini ziyarət edib. Şahzadə səfəri zamanı İsgəndəriyyə patriarxı II Tavadrosla da görüşüb. Kilsə bu görüşün Səudiyyə Ərəbistanının qurulduğu vaxtdan (1932) bu günə qədər tarixdə ilk dəfə baş tutduğunu açıqlayıb.
Türkiyə Əsədi vurur: Rusiya niyə səsini çıxarmır? - Felgenhauer
Türkiyə Əsəd qüvvələrinə güclü aviazərbələr endirir, amma Rusiya neytral qalmağa çalışır. Bu sözlər rusiyalı hərbi ekspert Pavel Felgenhauerin “Obozrevatel” saytında dərc olunan məqaləsində yer alıb. “Türkiyənin açıq-aşkar Dəməşqlə fikir ayrılığı var. Bu situasiyada Moskva özünü necə aparacaq? Məncə, daha çox Türkiyəyə yaxın durmağa çalışacaq.
Səddam Qərbin dəstəyi ilə İranı bombaladı – Zərif
ABŞ və Avropa Birliyi İranın raket proqramı yaratmaq haqqını sual altına qoymamalıdır. Bu sözləri öz Tvitter səhifəsində İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif paylaşıb.
Müğənni "Oscar"a yarıçılpaq getdi, vətənində qalmaqal yarandı
2009-cu ildə Albaniyadan ABŞ-a köçən alban müğənni Bleona Kereti ilə bağlı böyük qalmaqal yaşanır. Səbəb 38 yaşlı müğənninin ABŞ-ın Los-Anceles şəhərindəki "Dolby Theater"də keçirilmiş 90-cı "Oskar" mükafatlarının təqdimat mərasiminə qatıldığı geyimdir.
Türkiyə yeni düşərgələrin inşasına başladı - Qaçqınlar üçün
"Türkiyə "Fərat qalxanı" əməliyyatı nəticəsində azad edilmiş ərazilərdə suriyalı qaçqınlar üçün yeni düşərgələr inşa edir. Bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoy elan edib. O qeyd edib ki, düşərgələr doqquz ayrı bölgədə, o cümlədən İdlibdə salınacaq.
Musiqi dinləyərkən beynimiz belə görünür - Faydaları və zərərləri - VİDEO
Hazırda günümüzü musiqisiz təsəvvür etmək çətindir. Müasir dövrdə hər kəs, demək olar ki, gündə bir dəfə də olsa musiqiyə qulaq asır.














