İspaniya 6 tonluq peykini fəzaya buraxdı
“SpaceX” şirkəti 6 tonadək çəkisi olan İspaniyanın “Hispasat 30W-6” rabitə peykini fəzaya buraxıb. Məlumata görə, peyk bu gün səhər saatlarında ABŞ-ın Kanaveral kosmodromundan “Falcon 9” raket daşıyıcısı vasitəsilə buraxılıb.
6 Mart 2018 18:50 Dünya"SpaceX" şirkəti 6 tonadək çəkisi olan İspaniyanın "Hispasat 30W-6" rabitə peykini fəzaya buraxıb. Məlumata görə, peyk bu gün səhər saatlarında ABŞ-ın Kanaveral kosmodromundan "Falcon 9" raket daşıyıcısı vasitəsilə buraxılıb. Peykin buraxılışı martın 4-ə nəzərdə tutulsa da, bir sıra sistem sınaqları üçün uçuş bu günə keçirilmişdi.
Qeyd edək ki, "Hispasat" Avropa, Şimali Afrika, eləcə də Şimali və Cənubi Amerika ölkələrinə telekommunikasiya siqnalları ötürəcək. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31