Dünya
“3D” çap funksiyalı ilk dron təqdim olunub
Çinin “DediBot” şirkəti “Fly Elephant” adlı uçan üçölçülü printer – quraşdırılmış “3D” çap funksiyasına malik pilotsuz uçan aparat yaradıb.
“Samsung” holoqrafik virtual köməkçi konseptini nümayiş etdirib
Cənubi Koreyanın “Samsung” şirkəti “C-Lab” eksperimental laboratoriyasının əməkdaşları tərəfindən süni intellekt sahəsində hazırlanan bir neçə layihə haqda məlumat verib. Belə layihələrdən biri virtual ev köməkçisidir.
“Android” sisteminin yeni versiyası vaxtından əvvəl təqdim edilib
7 min illik sirr ortaya çıxıb - FOTOLAR
Alişana danışmaq qadağan olundu
Müğənni Alişan aktrisa sevgilisi Buse Varolla kafedə görüntülənib. İfaçı müxbirlərin suallarını cavablandırmaqdan imtina edib. Onun yerinə isə sevgilisi Buse danışıb.
Hollandiyadan Türkiyəyə qarşı daha bir addım
Hollandiya hökuməti Türkiyənin Qaziantep şəhərinin bələdiyyə sədri Fatma Şahinin Deventer şəhərinə səfərinə icazə verməyib. Hollandiya hökumətinin xəbərdarlığından sonra rəsmi Ankara Fatma Şahinin bu ölkəyə səfərini təxirə salıb.
ABŞ 3 terrorçunun başına 11 milyon pul qoydu - Siyahı
ABŞ Pakistanın “Təhrik-i Taliban Pakistan” terror təşkilatının rəhbəri Molla Fəzlullahın başına 5 milyon dollar mükafat təyin edib. Bu barədə informasiyanı ABŞ Dövlət Departamenti yayıb. Departament Molla Fəzlullahla bərabər, “Camaat ül-Əhrar”ın rəhbəri Abdulla Vali və “Ləşkəri-İslam”ın rəhbəri Manqala Baqxa barədə informasiyaya da mükafat təyin edib. Bu şəxslər haqqında informasiyaya görə 3 milyon dollar mükafat vədi verilib.
Hindistanda evtanaziyaya icazə verildi
Hindistan Ali məhkəməsi müalicəsi mümkün olmayan xəstələrin passiv evtanaziya hüququnun olması barədə qərar verib. Məlumata görə, məhkəmənin qərarında deyilir ki, hər bir şəxs müalicə kursunu keçib-keçməyəcəyi və ya öz həyatının təminat sistemləri vasitəsilə dəstəklənməməsi barədə qərar qəbul etməkdə tam sərbəstdir.
Dağıstanda qar uçqunu nəticəsində 51 yaşayış məntəqəsi ilə əlaqə kəsilib
Dağıstanın Tlyarta kəndində baş verən qar uçqunu nəticəsində 51 yaşayış məntəqəsi ilə əlaqə kəsilib. Rusiya KİV-ləri yazır ki, bu barədə Dağıstan Respublikası Fövqəladə Hallar İdarəsi məlumat yayıb.
Milyonerin ölümünə səbəb olan içki – Şirkəti bağladılar
XX əsrin əvvəllərində radioaktiv maddələrin zərərli təsirləri insanlara məlum deyildi. Hətta bəzi alimlər bu maddələrin insanlar üçün xeyirli olduğunu deyirdi. Bir çox şirkətlər öz məhsullarında bu maddələrdən istifadə edirdi.
Sevgilisinə başqa kişiylə yatmağı təklif etdi: "Yox" cavabı aldı, onu döydü
İstanbulda fəaliyyət göstərən hakim A.B. başqa kişinin eyni anda onlarla intim münasibətdə olmaq təklifini rədd edən qadın tanışını döyüb. A.B. sevgilisinə "Gəl mənim evimə gedək. Üçümüz bir yerdə olaq" təklifi edib.
8 qadına təcavüz edən aktyorun cəsədi tapıldı
Tanınmış aktyorun evindən cəsədi tapılıb. Adı təcavüz qalmaqallarında hallanan Cənubi Koreyalı aktyor Jo Min-ki-nin cəsədini onun xanımı tapıb və polisə xəbər verib. 52 yaşlı aktyorun ölüm səbəbi bilinmir. Onun intihar etdiyi düşünülür.
Fəhlələrlə cinsi əlaqədə olub, uşaq doğmağı təklif edilmişdi - Model sükutu pozdu - VİDEO
Seda Sayanın "Süni mayalanma nədir? Get fəhləylə ol. Onlar da insandır" sözlərinə canlı yayımda səs çıxarmayan model Ece Gürsel sükutu pozub. Ece verilişdə o mövzuya görə bütün pərəstişkarlarından üzr istəyib. Model Seda Sayanın bu sözlərindən sonra efirdə şoka düşdüyünü deyib.
Sabahdan Ermənistanda yeni kütləvi etirazlar başlayır
Martın 10-dan başlayaraq Ermənistanda etiraz aksiyaları keçiriləcək. Bu barədə "Miras" partiyasının sədri Armen Martirosyan açıqlama yayıb. Müxalif partiya sədri bildirib ki, itaətsizlik aksiyaları ölkəni böhran vəziyyətinə salan hakim rejimin dəyişdirilməsinə yönələcək. Çox güman ki, aksiyalar bir neçə gün davam edəcək.
Ərdoğan 200 min suriyalı qaçqını Afrinə qaytaracaq
Suriyanın Afrin bölgəsinin azad olunmasından sonra bu əraziyə 200 min suriyalı qaçqın qayıdacaq. Məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Dövlət başçısı bildirib ki, Türkiyə Silahlı Qüvvələri və "Azad Suriya Ordusu" Afrini terrorçulardan mütləq azad edəcəklər: "Hazırda Türkiyə SQ və "Azad Suriya Ordusu" Afrin bölgəsində 800 kv.km əraziyə nəzarət edirlər".














