Dünya

Türk Ordusu terrorçuların Kürdüstan xəyalı olan XƏRİTƏSİNİ tapdı - FOTOFAKT

11 Mart 2018 12:17

“Zeytun budağı” əməliyyatı zamanı Türkiyənin təqribən üçdə birini əhatə edən xəritə ələ keçib.  Türkiyə KİV-nə istinadən xəbər verir ki, TSQ və ASO-dan qaçan terrorçuların geridə buraxdıqları “Kürdüstan” xəritəsi türk əsəgərlərinin ayaqları altında yer alıb.

Rusiyada elmə məlum olmayan heyvan tapıldı

11 Mart 2018 12:13

Rusiyanın Ural bölgəsində paleontoloqlara məlum olmayan heyvan növünün sümükləri tapılıb. Tapıntını üzə çıxaran Rusiya alimləri ilə birgə heyətdə Britaniya, Avstraliya, Danimarka, Polşa, ABŞ və Fransa alimləri də olub.

Tramp məhkəmə qarşısında

10 Mart 2018 18:13

ABŞ Prezidenti Donald Tramp Tvitterlə bağlı məhkəmə prosesinə çağrılıb. Sosial şəbəkədə onu tənqid və təhqir edici mesaj göndərən istifadəçilərin hesablarını qara siyahıya atması onları qəzəbləndirib. Məhkəmə isə bunun konstitusiya ilə bağlı qarmaqarışıq məsələ olduğunu vurğulayaraq prosesi incəliyəcəklərini bəyan edib.

Tillersonun vəziyyəti pisləşdi

10 Mart 2018 17:50

Amerikanın dövlət katibi Reks Tillersonun bütün səfərləri təxirə salındı. ABŞ-ın dövlət katibi Afrika ölkələrinə ard-arda səfərə çıxıb. Lakin növbəti Keniyaya planlaşdırdığı səfərin təxirə salınması media nümayəndələrinin diqqətini çəkib.

9 yaşlı Yusif 6 yaşlı bacısını GÜLLƏLƏDİ - DƏHŞƏT

10 Mart 2018 17:47

9 yaşlı uşaq Yusif ov tüfəngi ilə bacısını vurub. Atasının ov tüfəngi ilə oynayan 9 yaşlı B.Yusif ehtiyatsızlıqdan 6 yaşlı bacısı B.Zeynəbi vurub. Uşaq təcili olaraq xəstəxanaya yerləşdirilib. Hadisə Türkiyənin Aydın adlanan bölgəsinin Qaraca rayonunda baş verib. Xəstəxanaya çatdırılan qız təcili əməliyyata alınıb. Həyati riskinin olmadığı bildirilib.

Murad Mervenin izlərini bir-bir yox edir

9 Mart 2018 21:16

Ötən ilin sentyabrda 2 illik həyat yoldaşı, aktrisa Merve Boluğurdan boşanan müğənni Murad Dalkılıç onunla bağlı xatirələri də silmək qərarına gəlib. Murad əvvəlcə keçmiş xanımı ilə birgə yaşadığı Acarkentteki evindən Çubuklu Vadi Konaklarında yerləşən yeni evə köçüb.

Ermənistanlı nazir Sarkisyanı "yıxıb-sürüdü": "Əxlaqını itirmiş..."

9 Mart 2018 21:13

“Artıq uzun zamandır ki, Serj Sarkiyan hökuməti ölkə üçün heç bir məsələni həll etmir” Bu sözləri Ermənistanın sabiq daxili işlər naziri Aşot Manuaryan deyib. O bildirib ki, Sarkisyan hökuməti artıq heç bir məsələni həll etmək iqtidarında deyil: “Serj Sarkisyan hər hansı mövzuda və hər hansı qərarların qəbul edilməsi lazım olanda o, artıq bir fikir sahibi deyil. Bir sözlə hökumətdə bütün səaliyyətini itirmiş haldadır.

2 hərbçi həlak oldu - Dağıstanda

9 Mart 2018 21:12

Dağıstanda baş verən silahlı insident nəticəsində Rusiya Milli Qvardiyasının (“Rosqvardiya”) iki hərbçisi ölüb. Hadisə Qerqa qəsəbəsində qeydə alınıb.

Vergi idarəsinə bomba yerləşdirildi

9 Mart 2018 21:02

Türkiyə paytaxtında yerləşən Ankara Vergi İdarəsinin binasına partlayıcı qurğunun yerləşdirilməsinin yeni görüntüləri üzə çıxıb. Türkiyənin Polis Baş İdarəsi və Ankara Polis İdarəsi ərazidəki təhlükəsizlik kameralarının görüntülərinə əsaslanaraq şübhəli şəxsin özü ilə gətirdiyi çantanı vergi idarəsinin girişinə qoyduğunu açıqlayıb. Həmin video bu gün internetə yerləşdirilib.

İYRƏNCLİK: İnsanlar dənizi plastik qablar dənizinə çevirdi

9 Mart 2018 21:00

Britaniyalı dayver Hind okeanı sularının vəziyyətini araşdırıb. Bali akvatoriyasında vəziyyət kritik həddə çatıb. Burada dəniz məhsullarından çox tullantı məhsullarına rast gəlmək olur.

Yüz minlərlə poçt serveri təhdid altındadır

9 Mart 2018 18:45

İnternetdə işləyən poçt serverlərinin 50%-dən çoxu “Unix” əməliyyat sistemlərində istifadə edilən “Exim” mesaj agentində aşkar edilmiş kritik boşluq səbəbindən təhdid altındadır. Poçt serverlərində işləyən bu proqram təminatı elektron mesajların ötürülməsinə cavabdehdir. 2017-ci ilin martına olan məlumata görə, internetdə 500 mindən çox aktiv “Exim” serveri fəaliyyət göstərir, həmin ilin noyabrında isə onların sayı bir neçə milyonadək artıb.