Dünya

Çavuşoğlu: "ABŞ dövlət katibi vəzifəsini kim tutacağının bizim üçün fərqi yoxdur”

14 Mart 2018 14:39

"Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəkləyir". Məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında bildirib.  O deyib ki, Suriyanın ərazi bütövlüyü həm Türkiyə, həm də Rusiya üçün önəmlidir: "Məqsədimiz Suriyanın Afrin bölgəsindən terrorçuların çıxarılmasıdır. YPG-yə ABŞ-ın silah yardımı etməsi qəbuledilməzdir”.

Türkiyə-ABŞ münasibətləri bir qədər də gərginləşə bilər

14 Mart 2018 14:37

Ağ Evə rəhbərlik etdiyi gündən atdığı qeyri-müəyyən və gözlənilməz addımları ilə amerikalıları “sürprizlər”lə qarşılaşdıran Donald Tramp təkcə daxili siyasətdə deyil, eyni ilə xarici siyasətdə də eyni gedişləri təkrarlayır.

Ərdoğan İraqın şimalında antiterror əməliyyatı keçirəcəklərini bəyan edib

14 Mart 2018 14:20

“Suriyanın Afrin bölgəsində beton tunelləri kim tikib? PYD/YPG terrorçularının bu sistemli tunelləri tikəcək qədər ağılları yoxdur”. Məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Serj Sarkisyan müdafiə naziri ola bilər

14 Mart 2018 13:47

Hakim Respublika Partiyasının bütün üzvləri əmindirlər ki, 9 apreldən sonra Serj Sərkisyan baş nazir olacaq. Bu barədə informasiyanı “Past” qəzeti yayıb. “Bütün fəaliyyətlər, açıq bəyanatlar buna işarə edir.

Ermənistanda milli azlıqlar ayağa qalxdı

14 Mart 2018 13:43

Ermənistanda yaşayan milli azlıqlar yeni idarəetmə sistemindən və ölkədə baş verən dəyişikliklərdən narazıdırlar. Onlar öz şikayətlərini ölkə parlamentinin deputatlarına ünvanlanmış məktubda ifadə ediblər. Məktubda qeyd edilir ki, ölkənin parlament respublikasına keçidi milli azlıqların əldə etdiyi hüquq və imkanları məhdudlaşdıracaq.

Merkel yenidən Almaniya kansleri seçildi

14 Mart 2018 13:35

Almaniya parlamentinin deputatları səs çoxluğu ilə Angela Merkeli kansler vəzifəsinə təkrarən seçiblər. Məlumata görə, səsvermədə iştirak edən 688 deputatdan 364 nəfəri A.Merkelin lehinə səs verib.

Putinlə Ərdoğanın növbəti görüşünün vaxtı açıqlandı

14 Mart 2018 13:31

Rusiya ilə regional məsələlərin həllində işbirliyimizi dərinləşdirmək üçün qarşılıqlı iradə mövcuddur". Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşdə deyib. O, iki ölkənin dövlət başçılarının dövlətlərarası münasibətlərin və regional problemlərin həllində ortaq iradə göstərdiklərini söyləyib. M. Çavuşoğlu aprelin 3-də Ankarada dövlət başçılarının iştirakı ilə Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının keçiriləcəyini açıqlayıb: "Bugünki görüş də məhz bu toplantının keçirilməsinə hazırlıq məqsədi daşıyır".  

Məşhəddə içkili qonaqlıq: yarıçılpaq 60 qız və oğlan…

14 Mart 2018 13:14

İranın müqəddəs şəhəri Məşhəddə polis çərşənbə qonaqlığına basqın edib. Martın 13-də axşam saatlarında Məşhədin əxlaq təhlükəsizliyi polisinin əməkdaşlarının keçirdiyi əməliyatda şəhərətrafı bağ evinlərindən birində 60 qız və oğlan yarıçılpaq və içkili halda həbs olunublar.

Fransız polisi PKK-çını al-qana boyadı

14 Mart 2018 13:07

Türkiyə Silahlı Qüvvələri Afrini mühasirəyə aldığını açıqladıqdan sonra Avropanın bir çox yerlərində PKK tərəfdarları etiraz aksiyalarına başlayıb.

Təyyarə qəzası ilə bağlı ŞOK-DNT testi ortaya çıxardı ki, cəsədlərdən biri ... VİDEO

14 Mart 2018 12:56

Dubaydan İstanbula uçan Türkiyəyə məxsus özəl təyyarənin qəzaya uğraması nəticəsində 11 nəfərin həlak olması barədə məlumat vermişdik.   İran tərəfi bazar günü Tehranın cənubunda qəzaya uğrayan Türkiyəyə aid təyyarədə həlak olanlar üzərində aparılan DNT testi sonrası cəsədlərin, sadəcə, 10 şəxsə aid olduğu açıqlanıb. Açıqlamada pilot Beril Gebeşin adı çəkilməyib. Həlak olan 10 nəfərin adı: Mina Başaran, Sinem Akay, Jasmin Baruh Siloni, Burcu Gündoğan Urfalı, Liana Hananel, Ayşe And, Asligül İzmirli, Zeynep Coşkun, Melike Kuvvet, Eda Uslu...

Yaponiya tarixində ən böyük xəzinə tapılıb

14 Mart 2018 12:33

Yaponiyanın Saytama prefekturasının Hasuda şəhərində pul xəzinəsi tapılıb. Məlumata görə, bunun ölkə tarixində tapılmış ən böyük xəzinə olduğu bildirilib. Məlumata görə, 260 min ədəd mis sikkə gil səhəngdə olub. 

Tramp kosmik ordu yaradır

14 Mart 2018 12:27

ABŞ prezidenti Donald Tramp ölkədə yeni qoşun növünün – kosmik qoşunların yaradılmasının mümkün olduğunu deyib. Məlumata görə, bu barədə ABŞ lideri Kaliforniyada çıxış edərkən bəyan edib. 

Ərdoğan: "Afrində zərərsizləşdirilən terrorçuların sayı 3400 nəfərə çatıb"

14 Mart 2018 12:24

Türkiyə Ordusunun Suriyanın Afrin bölgəsində zərərsizləşdirdiyi terrorçuların sayı 3400 nəfərə çatıb. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. "Zeytun budağı" əməliyyatının başlanğıcından bu günə kimi Afrində 3400 terrorçu zərərsizləşdirilib", - deyə Ərdoğan bildirib. Onun sözlərinə görə, Türkiyə Hərbi Qüvvələri heç vaxt dinc sakinləri hədəf seçməyiblər. "Əgər Türkiyə Hərbi Qüvvələri dinc sakinlərin təhlükəsizliyinin qayğısına qalmasaydı, Afrin çoxdan alınmışdı", - deyə Türkiyə prezidenti vurğulayıb.

Səudiyyəli şahzadə London aeroportunda intihar etdi- VİDEO

14 Mart 2018 12:21

Səudiyyəli şahzadə Bandar bin Xalid Əbdül Əziz əl-Səud London hava limanında intihar edib. Şahzadə mühafizəçilərin onu deportasiya etmək üçün güc tətbiq etdikləri zaman özünü eyvandan atıb.