Dünya

“Apple” şirkəti növbəti təqdimat tarixini açıqlayıb

14 Mart 2018 18:20

"Apple" korporasiyası proqramçılar üçün "WWDC" illik tədbirinin tarixini açıqlayıb.

AMEA-nın bir neçə institutunda struktur və kadr dəyişiklikləri olub

14 Mart 2018 17:45

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bir neçə institutunda struktur və kadr dəyişiklikləri baş verib. Məlumata görə, AMEA Rəyasət Heyətinin növbəti iclasında bu barədə qərar qəbul edilib. Müvafiq qərarla AMEA Məhəmməd Füzuli adına Əlyazmalar, Genetik Ehtiyatlar, Geologiya və Geofizika institutlarının strukturunda qismən dəyişiklik edilib. Digər qərarla AMEA-nın Elm Tarixi İnstitutunun İnformasiya və tərcümə şöbəsi yaradılıb.

Putin Krıma gəlməklə provokasiya edir

14 Mart 2018 17:38

Ukrayna Prezidenti Pyotr Poroşenko Rusiya Prezidenti Vladimir Putinin Krıma səfərini provokasiya adlandırıb. O, Putinin bu səfərinin təsadüfi olmadığını bildirib: "Rusiya Prezidenti Vladimir Putinin seçkiqabağı işğal edilmiş torpaqlara getməsi, Simferopol və Sevastopolu ziyarət etməsi təhlükəli provokasiyadır. Kiyev Krım ərazisindəki seçkilərin dünya tərəfindən tanınmamasına diqqət yetirəcək".

Britaniyadan şok: 23 rus diplomatı qovulur - Canlı yayım

14 Mart 2018 17:27

Britaniya 23 rus diplomatını deportasiya edəcəyik. Bunu parlamentdə çıxışı zamanı Britaniya Baş naziri Tereza Mey deyib. “Bu şəxslərin hamısı qeydə alınmayan casuslardır. Onların Britaniyanı tərk etməsi üçün bir həftə vaxtı var. Rusiyaya Skripalla bağlı baş verənləri izah etmək üçün imkan verdik, amma onlar bizə heç bir açıqlama vermədilər ki, Skripalın zəhərlənməsində istifadə edilən qazlar necə Britaniyada peyda olub” - deyə o bildirib.

Ermənistan ən yoxsul 3 MDB ölkəsindən biridir

14 Mart 2018 17:21

Ermənistan ən yoxsul MDB ölkələrinin ilk üçyünə daxil olub. Bu barədə erməni KİV-ləri yazır. Ermənistan Milli Statistika Xidmətinin məlumatına əsasən, yoxsulluq səviyyəsinin 29,4 faiz olduğu ölkə MDB-də yoxsulluq göstəricisinə görə üçüncü yeri tutur. Azərbaycan isə MDB məkanında ən aşağı yoxsulluq səviyyəsi (əhalinin təqribən 5 faizi) olan ölkədir.

Ukrayna Rusiyada keçiriləcək yarışları boykot edib

14 Mart 2018 17:14

Ukraynalı idmançılar Rusiyada keçiriləcək yarışlarda iştirak etməyəcəklər. Bu haqda Ukraynanın gənclər və idman naziri İqor Jdanov sərəncam imzalayıb.

Ata öz qızının diplomunun saxtasını çıxartdı və... - Hər birindən pul qazanır

14 Mart 2018 17:09

Türkiyədə inanılmaz hadisə yaşanıb. 11 ildir müəllim kimi fəaliyyət göstərən Gülhan Yıldız polisə atasının onun diplomunu əlindən alması ilə bağlı müraciət edib. 32 yaşlı müəllim bildirib ki, atam diplomumu əlimdən alıb və gizlicə saxtasını çıxardaraq başqalarına 20-25 manata satır. Atası isə bunun əsassız olduğunu bildirib. Hazırda araşdırmalar davam etdirilir.

İNANILMAZ: Ölmədən öncə dediyi bu sözlər - MÖCÜZƏ OLDU -VİDEO

14 Mart 2018 17:07

Hər il dünyada yüz minlərlə uşaq xərçəng xəstəliyindən dünyasını dəyişir. 10 yaşında olan Ebi də onlardan biri idi.  6 il öncə həkimlər ona xərçəng diaqnozu qoydu. Həmin xəbərdən sonra Ebinin həyatı tamamilə dəyişdi. 4 yaşlı qızcığaz xərçənglə mübarizə aparmalı idi. Həkimlər qızın yaşama şansının olmadığını desə də, ailə bütün imkanlarını səfərbər etdi.

Kreml Londonun ultimatumuna cavab verib

14 Mart 2018 16:59

Kreml Londonun ultimatumuna cavab verib. Məlumata görə, Kremlin sözçüsü Dmitri Peskov ölkəsinin Sergey Skripalın zəhərlənməsinin təhqiqatı ilə məşğul olmayacağını açıqlayıb: "Lakin Moskva təhqiqata kömək etməyə hazırdır. Bu işlə bağlı Rusiya ünvanına ittihamlar məntiqə ziddir", - deyə o vurğulayıb.

Pompeo gəldi: ABŞ-Türkiyə münasibəti... – Çevik yazdı

14 Mart 2018 16:43

Reks Tillersonun rəhbərliyi dövründə ABŞ-ın xarici diplomatiyası işlək vəziyyətdə olmayıb. Bu sözlər Türkiyə prezidentinin baş müşaviri İlnur Çevikin “Yeni Birlik” qəzetindəki məqaləsində yer alıb.

Dünyanın ən xoşbəxt ölkələrinin SİYAHISI açıqlandı - Finlandiya 1-ci

14 Mart 2018 16:42

Dünyanın ən xoşbəxt ölkəsi Finlandiya hesab olunub. Bu barədə BMT-nin hazırladığı "Dünya Xoşbəxtlik Hesabatı"nda deyilir.

Eyfel qülləsinin rəngi dəyişə bilər

14 Mart 2018 16:31

Eyfel qülləsinn əvvəlki rəngi bərpa oluna bilər. Məlumata görə, Parisin əsas rəmzi müxtəlif dövrlərdə sarı, xardal rəngi kimi fərqli rənglərə boyanıb. İndi qüllənin qırmızı rənginə qaytarılması barədə söhbətlər gedir.

Britaniya polisi Putinin düşmənlərini qoruma altına aldı

14 Mart 2018 16:10

Böyük Britaniyada Rusiyanın sığınacaq almış bəzi vətəndaşlarına mühafizə ayrılıb. Bu barədə öz mənbələrinə istinadən "Kommersant" xəbər yayıb. "Solsberidə zəhərlənmədən sonra mənim evimin pəncərəsinin altında daim polis maşını keşik çəkir", - deyə Rusiya siyasi mühacirlərindən biri nəşrə danışıb.

Ana və qızın qəbirləri birləşdi – Tükürpədən tarixi olay

14 Mart 2018 15:55

Türkiyənin məşhur "Qara qutu” adlı Yutub kanalı növbəti dəfə diqqətçəkən video paylaşıb. Videoda Türkiyənin 6 ən qorxulu kəndindən, orada baş verən tükürpədici olaylardan bəhs edilib. Kəndlərdən biri olan "İssız Cuma”da baş verən paranormal hadisə hər kəsi şoka salıb.