Dünya
Afrindən XƏBƏR VAR
Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Suriyanın Afrin şəhərində birgə həyata keçirdikləri “Zeytun budağı” əməliyyatı davam etdirilir. Olaylar.az bildirir ki, əməliyyat zamanı 3524 terrorçu məhv edilib. Məhv edilən terrorçular İŞİD və PKK terror qruplaşmasının üzvləridir.
Çavuşoğlunun ABŞ-a səfəri təxirə salınıb
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun martın 19-da ABŞ-a nəzərdə tutulan səfəri təxirə salınıb. Bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bildirib.
Meksikada sərnişin avtobusu aşıb, azı 12 uşaq xəsarət alıb
Meksikada avtomagistralda sərnişin avtobusu qəzaya uğrayıb. Hadisə nəticəsində azı 12 uşaq xəsarət alıb. Məlumata əsasən, sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Qəza zamanı avtobusda 46 nəfər olub, onların əksəriyyətinin məktəblilər olduğu bildirilir.
Hərbi helikopter qəzaya uğradı
Seneqalın cənubunda hərbi helikopterin qəzaya uğraması nəticəsində 7 nəfər ölüb, 13-ü xəsarət alıb. Bu barədə yerli hökumətin yaydığı açıqlamada bildirilir. “Xilasedici xidmətlərdən aldığımız son məlumata görə, hadisə nəticəsində 6 nəfər ölüb, 14 nəfər xəsarət alıb. Yaralılardan 3-nün vəziyyəti ağırdır”, məlumatda deyilir.
Telefonla oynadığı yerdə 8 metr hündürlükdən yıxılıb öldü
Çində gənc oğlan telefonla oynadığı zaman 8 metr hündürlükdən yıxılaraq dünyasını dəyişib. Hadisə Anhoy əyalətində baş verib. Tszyuxuaşan dağına ekskursiyaya gələn turistlərdən biri diqqətsizliyi üzündən həyatını itirib. Ekskursiyaya atası ilə gələn gənc oğlan maraqlı yerlərə baxmaqdan yorulub və turistləri yıxılmaqdan qoruyan mühəccərin üstündə oturaraq telefonla oynamağa başlayıb.
Yunanıstan Türkiyəyə məxsus yaxtanı azad etdi
Yunanıstan Akdənizdə Türkiyə bayrağı altına saxladığı “Halis Temel” yaxtasını qarşı tərəfə təhvil verib. Yaxtanın kapitanı Hakan Tekerek 110 min avro pul müqabilində azad olunub. “Halis Temel” artıq Bodrum sularına gətirilib.
Suriyalılar Afrində
Suriya ordusunun xüsusi təyinatlıları Afrinin mərkəzindədir. Azad Suriya Ordusunun Türkiyədə xüsusi təlim görmüş təyinatlı 400 hərbçisi Afrinin mərkəzinə göndərilib.
Pakistanda partlayış
Pakistanın Lahor şəhəri yaxınlığında güclü partlayış baş verib. Hadisə nəticəsində 4-ü polis əməkdaşı olmaqla azı 6 nəfər ölüb.
Baş nazir istefa verir
Slovakiyada araşdırmaçı jurnalist Yan Kuçiakın qətlindən sonra ölkədəki siyasi böhran pik həddinə çatıb. Ölkədə davam edən nümayişlər və iki nazirin istefasının ardınca martın 14-də baş nazir Robert Fitso istefaya çıxmasını təklif edib.
Hollandiyada 29 min ördək məhv ediləcək
Hollandiyanın Overijssel bölgəsində ördək fermasında quş qripi aşkarlanıb. Məlumata görə, virusun yayılmaması üçün 29 min ördək məhv ediləcək. Fermanın ətrafındakı 10 kilometrlik ərazidə karantin elan edilib.
İsveçrəli mühəndislər rəqs edən robot təqdim ediblər - VİDEO
İsveçrə Federal Texnologiya İnstitutunun mühəndisləri bir neçə il bundan öncə hazırlanmış "Anymal" adlı dördayaqlı robotun bacarıqlarını genişləndiriblər. Əvvəllər liftdən istifadə və müxtəlif maneələri dəf edə bilən robot indi, həmçinin musiqi sədaları altında rəqs edir.
Romada daş-qaşlarla dolu məzar tapılıb!
Tarix boyu axtarılan xəzinələr sən demə məzarlarda gizli imiş. Müxtəlif filmlərdə gördüyümüz xəzinə xəritərələri adalardan deyil, məhz Romadan tapıldı. İlk dəfə olaraq 1578-ci ildə ortaya çıxan Roma məzarları tarix həvəskarlarının diqqətini çəkir. Romanın tarixi qədər maraqlı tarix demək olar ki, yoxdur. Burada yerləşən ehramların hər biri geniş və maraqlı tarixi hadisələrdən xəbər verir .
Yeni Zelandiyada avtonom uçan taksinin sınaqları keçirilir
Yeni Zelandiyanın “Kitty Hawk” startapı “Cora” pilotsuz uçan aparatın sınaqlarına başlayıb.
ABŞ-da 80-dən çox avtomobil toqquşub
ABŞ-ın Ohayo ştatının Morrou dairəsində şosedə 81 avtomobil toqquşub. Məlumata görə, qəzaya səbəb güclü qar yağması ilə yolda görüntünün pisləşməsi olub. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Şosedə nəqliyyatın hərəkət təqribən 5 saat dayanıb.
Monika Belluçinin keçmiş əri 20 yaşlı modellə nişanlandı
51 yaşlı Vensan Kassel 20 yaşlı model Tina Kunaki ilə nişanlanıb. Cütlük toya hazırlaşır. Vensanla Tinaki bu barədə danışmasa da, aktyor artıq sevgilisinə brilyant üzük də bağışlayıb.













