Dünya

Rusiyaya BMT-də bir zərbə də ABŞ-dan gəldi

15 Mart 2018 14:57

ABŞ Koreya yarımadasında vəziyyətin tənzimlənməsinə dəstək göstərilməsi ilə bağlı Çin və Rusiyanın təklif etdiyi layihəni bloklayıb. Bu barədə Rusiyanın BMT-dəki nümayəndəliyinin təmsilçisi Fyodor Strjijovski danışıb. “ABŞ-ın BMT Təhlükəsizlik Şurasının üzvləri arasında heç bir müzakirə olmadan Rusiya və Çinin təşəbbüsünü bloklamaq qərarı Koreya yarımadasındakı münasibətlərdə yaranan istiləşmə kontekstində Vaşinqtonun əsl niyyətləri ilə əlaqədar suallar doğurur”, - Strjijovski deyib.

Qəzada həlak olan qızın nişanlısından hər kəsi ağladan ÖLÜM ELANI - FOTO

15 Mart 2018 14:53

İranda qəzaya uğrayan özəl təyyarədə həlak olan Mina Başaranın nişanlısı Murat Gezer qəzetlərə "Balaca qəlbli mələyim. Səni çox sevirəm. Məni gözlə" yazılmış duyğusal bir ölüm elanı verib. Gələn ayın 14-ü nəzərdə tutulan toyuna hazırlaşan tanınmış iş adamı Hüseyn Başaranın qızı Mina bu gün dəfn olunacaq. 

Ərdoğan III Dünya müharibəsindən danışdı

15 Mart 2018 14:49

Suriya ərazisində ABŞ hərbi bazalarının yaradılması Rusiya əleyhinə yönəlib və III Dünya müharibəsinin başlanmasına səbəb ola bilər. Məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. 

Təyyarədən hava limanına qızıl yağışı yağdı

15 Mart 2018 14:42

Bu gün Yakutiyada maraqlı hadisə baş verib. Yakutsk hava limanından göyə qalxan An-12 təyyarəsinin yük hissəsinin qapısı açılıb. Bu səbəbdən “Nimbus” aviaşirkətinə məxsus hava gəmisinə yüklənmiş qızıl külçələr hava limanının uçuş-eniş zolağına tökülüb.

Türkiyənin xarici işlər naziri: "Yeni dördtərəfli format sülh və sabitliyə töhfə verəcək"

15 Mart 2018 13:51

"Bugünkü yeni format tarixi və mədəni bağları olan ölkələr arasında qurulub. Türkiyənin hər üç ölkə ilə ortaq layihələri var və bu dostluq, qardaşlığımız hər gün genişlənir". Məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Bakıda Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib. M. Çavuşoğlu bildirib ki, yeni format sülh və sabitliyə töhfə verəcək.

ABŞ-da xəstəxanada atışma: Ölən var

15 Mart 2018 13:21

ABŞ-ın Alabama ştatının Birminqem şəhərində xəstəxanaların birində atışma baş verib. Məlumata görə, hadisə nəticəsində bir nəfər həlak olub, daha bir nəfər yaralanıb.

Türk ordusundan Afrində yüksək peşəkarlıq və əxlaq nümunəsi

15 Mart 2018 13:02

Türk ordusu tarixi zəfərin bir addımlığındadır. Cari il yanvarın 20-də Suriyanın Afrin bölgəsində PKK/YPĞ/PYD-yə qarşı “Zeytun budağı” adı altında başlanılan antiterror əməliyyatı zamanı minlərlə terrorçu məhv edildi, terror şəbəkəsinə məxsus xeyli sayda silah-sursat, texnika, sığınacaq yerləri zərərsizləşdirildi.

Gülben keçmiş ərinə məhkəmədə uduzdu

15 Mart 2018 12:27

Müğənni Gülben Ergenin şikayəti əsasında zorla həbsi tələb edilən aparıcı-jurnalist Erhan çelik bəraət qazanıb.  İfaçı məhkəmənin uzaqlaşdırma qərarından sonra eks-həyat yoldaşının bu qərara əməl etmədiyini və ona qarşı təhqir, hədə dolu sözlər işlətdiyini iddia etmişdi. 

Həftəlik 350 min alan Kənana görə işçilər ayağa qalxdı

15 Mart 2018 12:26

Baş rolda aktyor Kənan İmirzalıoğlunun çəkildiyi və həftəlik 350 min lirə (təxminən 175 min manat) aldığı “Mehmed: Bir cihan Fatihi” serialının işçiləri etiraz ediblər. Etiraza səbəb onların bir həftədir, pullarını ala bilməmələridir. Bundan başqa, Kənanın tez-tez qışqıraraq işçilərə problem yaratması da onları hövsələdən çıxarıb. 

Sevgilisini döydü, indi peşmandır: O video karyeramı məhv etdi - VİDEO 

15 Mart 2018 12:05

"Çox məşhur, tanınan idmançı ola bilərdim. Sevdiyim, bacardığım işlə məşğul ola bilərdim. Lakin o hadisə karyeramı alt-üst etdi". ABŞ-ın Hyuston şəhərindəki (Texas ştatı) "Houston Astros" beysbol klubunun sabiq ulduzu Danri Vaskes belə deyir.

Nejat İşlər qala gecəsinə içkili halda qatıldı - FOTO

15 Mart 2018 12:00

Baş rollarını Nejat İşler, Yiğit Özsener, Hande Doğandemir ve Merve Çağıranın canlandırdığı “Kaybedənlər klübü yolda” filminin ötən gecə təqdimatı keçirilib. Olaylar.az bildirir ki, “Kaybedenlər klübü”nün davamı olan filmin rejissoru və ssenarisi Məmməd Ada Öztekindir. 

5 yaşlı qızını dəcəllik etdiyi üçün öldürdü - QANDONDURAN CİNAYƏT

15 Mart 2018 11:57

Rusiyanın Soçi şəhərində baş vermiş dəhşətli qətlin üstü açılıb. Rusiya KİV-i xəbər verir ki, 28 yaşlı Murad Mirzə oğlu Şahmirzəyev 5 yaşlı qızı Veronikanı bıçaqla öldürdükdən sonra Abxaziyaya qaçmaq istəyərkən saxlanılıb. Məlumata görə, evdə dəcəllik edən Veronikaya bir neçə bıçaq vuran Mirzə onun meyitini şəhər kənarına apararaq basdırıb. Sonra isə polis idarəsinə gedərək qızının itkin düşdüyünü bildirib.