Türk ordusundan Afrində yüksək peşəkarlıq və əxlaq nümunəsi
Türk ordusu tarixi zəfərin bir addımlığındadır. Cari il yanvarın 20-də Suriyanın Afrin bölgəsində PKK/YPĞ/PYD-yə qarşı “Zeytun budağı” adı altında başlanılan antiterror əməliyyatı zamanı minlərlə terrorçu məhv edildi, terror şəbəkəsinə məxsus xeyli sayda silah-sursat, texnika, sığınacaq yerləri zərərsizləşdirildi.
15 Mart 2018 13:02 DünyaƏhəd Məmmədli: "Bu cür yüksək əxlaq, dərin mənəviyyat nümunəsini ancaq Türk-İslam ordusu göstərə bilərdi"
Türk ordusu tarixi zəfərin bir addımlığındadır. Cari il yanvarın 20-də Suriyanın Afrin bölgəsində PKK/YPĞ/PYD-yə qarşı "Zeytun budağı" adı altında başlanılan antiterror əməliyyatı zamanı minlərlə terrorçu məhv edildi, terror şəbəkəsinə məxsus xeyli sayda silah-sursat, texnika, sığınacaq yerləri zərərsizləşdirildi. Hər nə qədər bəzi beynəlxalq güclər, eləcə də Birləşmiş Ştatlar, bəzi Avropa ölkələri, hətta İran İslam Respublikası belə Türkiyənin Afrində həyata keçirdiyi antiterror əməliyyatına qarşı çıxsa da, Ankara başladığı işi yarıda buraxmadı. Çünki qardaş ölkənin başladığı iş haqq işi idi. Qardaş Türkiyədə olduğu kimi Azərbaycanda da əksəriyyət Türkiyə Silahlı Qüvvələrinin Afrində həyata keçirdiyi antiterror əməliyyatını təqdir edir, ona dəstək nümayiş etdirir. Hər kəs birmənalı olaraq Türkiyə ordusunun bu müddət ərzində zəfər tarixi yazdığını deyir. Elə müstəqil ekspert Əhəd Məmmədli də bu qənaətdədir. O, əmin olduğunu bildirib ki, çox qısa vaxtda Afrin PKK/YPĞ/PYD-dən təmizlənəcək: "Afrinin mərkəzinə bir kilometr qalıb.Yəqin ki, tezliklə Afrin terrorçulardan təmizlənəcək. Zatən buna lap əvvəldə də şübhəmiz yox idi. Bəzi "ağıllılar" başlayıblar yazmağa ki, balaca bir bölgəni Türkiyə ordusu iki aydı tuta bilmir və bu da onlara görə Türkiyə ordusunun zəifliyinin göstəricisidir. Bəli, Afrin bölgəsi Quba rayonu miqyasında bir yerdir və məlumatı olmayanlar üçün doğurdanda sual yarana bilər ki, niyə Quba rayonu miqyasında olan bir ərazini türk ordusu iki aydır tuta bilmir? Türk ordusu Afrin bölgəsini uzağı 3 günə tutardı. Bunun üçün həmin bölgədə xalça bombalanmasının aparılması kifayət idi. Lakin kimlərsə görünür türk ordusunu, amerikan və ya rus orduları ilə səhv salır". Əhəd Məmmədlinin sözlərinə görə, Türk ordusu Afrin əməliyyatında bütün dünyaya yüksək peşəkarlıqla yanaşı dərin əxlaq nümunəsi göstərdi: "İki aydır Afrin bölgəsində hərbi əməliyyatlar gedir və bir nəfər belə dinc sakin öldürülməyib. Bu cür yüksək əxlaq, dərin mənəviyyat nümunəsini ancaq Türk-İslam ordusu göstərə bilərdi və göstərdi də. Osmanlı da, belə idi. Bax buna görə Afrin bölgəsində hərbi əməliyyat iki ay davam etdi. SSuriyada amerikalılar, ruslar, farsların da götürdüyü şəhərlərin, kəndlərin dağılmış, bərbad vəziyyətinə baxın, türklərin də terrorçulardan azad etdiyi şəhər və qəsəbələrin vəziyyətinə də. Binalar, evlər, küçələr olduğu vəziyyətdə yerlərindədir. PKK terroçularına istinadən Qərb, rus mediaları yalandan bar-bar bağırırlar, guya Afrində mülki vətəndaşlar qətl edilir. Amma bir nəfər mülki vətəndaşın ölüm şəkili, yaxud videosunu təqdim edə bilmirlər. Çünki əllərində belə bir fakt yoxdur. Əks halda, çoxdan bu faktı türk düşmənləri (o cümlədən Azərbaycanda da) gözümüzə soxmuşdular. Əhəd Məmmədli deyib ki, Türkiyə ordusunun Afrin bölgəsində hərbi əməliyyatının iki ay getməsini bu ordunun guya zəifliyi kimi göstərənlərin nəzərinə. Dünyanın bir nömrəli ordusuna malik olan Birləşmiş Ştatlar, Əfqanıstanda 20 ilə yaxındır Taliban hərbi qruplaşmasına qarşı hərbi əməlyyat aparır, nəticədə terrorçu saydıqları Talibanla danışıqlara gedirlər. Bu məntiqlə sevimli amerikan ordunuz da çox zəifdir". Əhəd Məmmədli həmçinin bu günlərdə Böyük Britaniya ilə Rusiya arasında yaşanan qalmaqala da toxunub: "Neçə gündür davam edən Britaniya-Rusiya agent skandalı böyüməkdədir, lakin bir çoxlarının gözlədiyi kimi Böyük Britaniya Rusiya ilə diplomatik əlaqələrini pozmayacaq. Çünki bu Britaniya milli maraqlarına cavab vermir. Bu haqda baş nazir Teresa Mey özü bildirdi. Bilmirəm daha Putin nə etməlidir ki, Qərb ona qarşı soyuq müharibəyə başlasın. Güclü SSRİ uzaq Əfqanistana qoşunlarını yeridəndə kapitalist ölkələr Moskvada keçirilən Yay Olimpiya oyunlarında iştirak etməkdən imtina etdilər. SSRİ üçün Qərbin bu demarşı xoşagəlməz olsa da sarsıdıcı olmadı. 4 ildən sonra SSRİ də sosialist ölkələri Los-Ancelesdə keçirilən Olimpiada da iştirak etməməyə məcbur etdi. Son illərdə daha zəif Rusiya, Gürcüstana, Ukraynaya, Suriyaya qoşun yeritdi, lakin Qərb ölkələri bu yay Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatından imtina etmədilər. Halbuki, imtina etsəydilər, bu Putin rejiminə böyük zərbə olardı. Nə vaxta qədər ki, Qərb liderləri Rusiyaya bu cür böyük zərbələri vurmağa çəkinəcəklər, o vaxta qədər Vladimir Putin dünya siyasətində özünü Leninqrad "xuliqanı", Piter "bratvası" kimi aparacaq".
Süleyman