Rusiyaya BMT-də bir zərbə də ABŞ-dan gəldi

ABŞ Koreya yarımadasında vəziyyətin tənzimlənməsinə dəstək göstərilməsi ilə bağlı Çin və Rusiyanın təklif etdiyi layihəni bloklayıb. Bu barədə Rusiyanın BMT-dəki nümayəndəliyinin təmsilçisi Fyodor Strjijovski danışıb. “ABŞ-ın BMT Təhlükəsizlik Şurasının üzvləri arasında heç bir müzakirə olmadan Rusiya və Çinin təşəbbüsünü bloklamaq qərarı Koreya yarımadasındakı münasibətlərdə yaranan istiləşmə kontekstində Vaşinqtonun əsl niyyətləri ilə əlaqədar suallar doğurur”, - Strjijovski deyib.

ABŞ Koreya yarımadasında vəziyyətin tənzimlənməsinə dəstək göstərilməsi ilə bağlı Çin və Rusiyanın təklif etdiyi layihəni bloklayıb. Bu barədə Rusiyanın BMT-dəki nümayəndəliyinin təmsilçisi Fyodor Strjijovski danışıb. "ABŞ-ın BMT Təhlükəsizlik Şurasının üzvləri arasında heç bir müzakirə olmadan Rusiya və Çinin təşəbbüsünü bloklamaq qərarı Koreya yarımadasındakı münasibətlərdə yaranan istiləşmə kontekstində Vaşinqtonun əsl niyyətləri ilə əlaqədar suallar doğurur", - Strjijovski deyib.

Qeyd edək ki, BMT TŞ-nın sözügedən iclasında həmçinin Britaniya da Skripalın zəhərlənməsi ilə bağlı Rusiyanın BMT Təhlükəsizlik Şurasına təklif etdiyi layihəni bloklayıb. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31