Dünya
Dörd lider ölkədən Rusiyaya qarşı bəyanat
Böyük Britaniya, Fransa, Almaniya və ABŞ liderləri Rusiyaya qarşı birgə bəyanat yayıblar. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, bəyanatda Rusiya İngiltərənin Solsberi şəhərində yaşayan keçmiş agent Sergey Skripal və qızı Yuliya Skripalın kimyəvi silahla zəhərlənməsində günahlandırılır.
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi
ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyaları genişləndirib. Bu haqda idarənin xəbərində deyilir. Sanksiyalar siyahısına ABŞ-dakı prezident seçkilərinə müdaxilədə ittiham edilmiş şəxslər və şirkətlər düşüb.
Britaniya parlamentinə yenə şübhəli predmet daxil olub...
Bu gün Böyük Britaniya parlamentinə daha bir şübhəli qutu daxil olub. Məlumata görə, bu, son günlərdə London polisini təşvişə salan artıq 3-cü şübhəli predmetdir və hər 3 hal Böyük Britaniya parlamenti ilə bağlıdır.
Kiyevdə ticarət mərkəzi təxliyə olundu - Bomba ehtimalı
Ukraynanın paytaxtı Kiyevdə ticarət mərkəzlərindən birində təxliyə başlayıb. Buna səbəb polisə ticarət mərkəzinə partlayıcı qurğu qoyulması barədə məlumatın daxil olması olub.
Ərdoğan: "İşimiz bitməyincə Afrindən çıxmayacağıq"
Avropa Parlamenti bu gün Türkiyəni Afrin əməliyyatını dayandırmağa çağıran qətnamə layihəsini səsverməyə çıxaracaq. Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğan AP-nin bu addımını sərt tənqid edib.
Ruhaninin köməkçisindən – Həyəcan siqnalı
Eynşteynin skripkası 516 minə satıldı
Dünyanın ən dahi insanlarından biri kimi qəbul edilən Albert Eynşteynə aid bir skripka hərraca çıxarılıb. Məlumata görə, dünən 139-cu doğum gününü qeyd etdiyimiz Eynşteynin xatirəsi bu gün də yaşayır. Həyatının ən böyük həzzini musiqi dinləyərkən alan alimin istifadə etdiyi skripka Nyu-Yorkda hərraca çıxarılıb. İlkin qiyməti 150 min dollar olan skripka, 516 min dollara satılıb.
Tədbir görülməsə, bəşəriyyəti fəlakət gözləyir - Alimlərdən xəbərdarlıq...
Mütəxəssislər həyəcan təbili çalır. Onların iddialarına görə əgər təxirəsalınmaz tədbirlər görülməsə 2080-ci ilə qədər bəşəriyyəti fəalkət gözləyir. Onlar təhlükənin parnik qazlarından havaya buraxılan zərərli tullantılardan qaynaqlandığını bildirirlər. İddialara görə bu templə davam etsə və önləyici tədbirlər görülməsə bu illər ərzində planetin orta illik temperaturu 4,5 dərəcə yüksələcək və nəticədə minlərlə heyvan növü, o cümlədən də səhra fillərinin və böyük pandaların nəsli yer üzündən silincək. İlk növbədə planetin 35 regionunun flora və faunası fəlakətlə üzləşəcək.
Savçenko komitədən çıxarıldı – Həbsi hazırlanır
Ukrayna Radası Nadejda Savçenkonu Müdafiə Komitəsindən uzaqlaşdırıb. Buna səbəb Savçenkonun Radada terakt hazırlamaq istəməsi ilə bağlı ittihamlar olub. Savçenkonun komitədən uzaqlaşdırılmasını 269 deputat dəstəkləyib. Deputat Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin də tərkibindən çıxarılıb.
İranda etirazlar qızışdı: qadınlar başaçıq rəqs etdi - Video
İranda 3 ay əvvəl başlayan küçə nümayişləri yenidən alovlanıb. Ölkənin fərqli yerlərində küçələrə çıxan qadınlar baş örtüklərini çərşənbə tonqallarına ataraq, qadağanın ləğv olunmasını istəyiblər. Onlar həmçinin hicab qadağasına meydan oxuyaraq, başaçıq vəziyyətdə çərşənbə tonqalının ətrafında rəqs ediblər.
İngiltərənin ultimatumuna Rusiyadan cavab
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya Skripal hadisəsi ilə bağlı İngiltərənin mövqeyinə münasibət bildirib. O, açıqlamasında Londonda baş verən Skripal hadisəsinin gizli tərəflərinin açmaq üçün yeni bir Sherlock Holmesa ehtiyacın olduğunu deyib.
İrəvanın STATİSTİKA RÜSVAYÇILIĞI və işğalçı ölkə turistlərin GÖZÜ İLƏ
Rəsmi məlumatlara görə, Ermənistanda son 7 ildə işsizlərin sayı 67 min azalıb. Amma bu azalma heç də yeni iş yerlərinin artırılması hesabına baş verməyib. Rəsmi şəxslər bunu işsizlərin sayının azalmasını müsbət dinamika kimi qiymətləndirsələr də, ekspertlər bu fikirdə deyil.
Maydanda snayperləri otelə onlar yerləşdirib – Savçenkodan şok
Maydanı Ukraynada Qərb ölkələri təşkil edib. Bunu jurnalistlərə açıqlamasında Ukrayna Radasının deputatı Nadejda Savçenko deyib.
Tramp şahinləri gətirdi: Qarabağda gərginlik artacaq
Sobçak uduzdu, taksist işləyəcəkdim və birdən… - Putin
1996-cı ildə Moskvaya gəlməzdən əvvəl heç yerdə işləmirdim. Bunu Rusiya Prezidenti Vladimir Putin Andrey Kondraşovun “Putin” filmində çıxışı zamanı deyib.














