Maydanda snayperləri otelə onlar yerləşdirib – Savçenkodan şok
Maydanı Ukraynada Qərb ölkələri təşkil edib. Bunu jurnalistlərə açıqlamasında Ukrayna Radasının deputatı Nadejda Savçenko deyib.
15 Mart 2018 15:11 DünyaMaydanı Ukraynada Qərb ölkələri təşkil edib. Bunu jurnalistlərə açıqlamasında Ukrayna Radasının deputatı Nadejda Savçenko deyib.
"Nə rəngli inqilab, nə də ləyaqət inqilabı bizdə Rusiyanın dəstəyi ilə baş verib. Bu inqilablara Qərb dünyası dəstək olub. Mən özüm şəxsən Radanın hazırkı spikeri Andrey Parubiyin "Ukrayna" otelində snayperləri necə yerləşdirdiyini görmüşəm. İndi bu insanlar parlamentdədirlər. Yuri Lutsenko isə ona görə baş prokuror olmalı idi ki, bu cinayətlər heç vaxt araşdırılmasın. Maydan hadisələri heç vaxt araşdırılmayacaq", -deyə o bildirib. Axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31