Dünya
Seda Sayanla Hülya Avşarı birləşdirən SEVGİLİ KİMDİR?
Məşhur türkiyəli müğənni Seda Sayanın yeni sevgilisinin kimliyi məlum olub. Olaylar.az bildirir ki, Seda Sayan həmkarı Hulya Avşarın keçmiş sevgilisi olan işadamı Ali Güvənlə eşq yaşayır. Hülya Avşarla sevgili olduqdan sonra məşhurlaşan Ali Güvən İtaliyada ailə qurmuşdu və evliliyi 3 il davam edib.
Dünyanın ən böyük beşinci almazı 40 milyon dollara satılıb
Dünya tarixi ərzində ölçüsünə görə ən böyük almazlardan biri martın 12-də Belçikanın Antverpen şəhərində keçirilən hərracda 40 milyon dollara satılıb. Bu barədə Böyük Britaniyanın almaz hasilatı ilə məşğul olan “Gem Diamonds Ltd” kompaniyası məlumat yayıb. Bu ilin yanvar ayında Afrikanın Lesoto krallığında yerləşən Letsenq mədənində tapılmış 910 karatlıq almaz “Lesoto əfsanəsi” (Lesotho Legend) adlanır. O, rəngsiz və qatışığı olmayan qiymətli daşdır.
Yerə atılan Qurana görə şəhid oldu - Terrorçulardan şərəfsiz tələ- VİDEO
"Zeytun budağı" əməliyyatında şəhid olan uzman çavuş Orxan Sürmenin bomba ilə gizlədilmiş Quran-i Kərimi yerdən qaldırmaq istəyərkən şəhid olduğu ortaya çıxıb.
Tillerson: "Rusiyaya qarşı çox iş görməliyik"
Rusiyanın siyasəti onun təcridinə səbəb olacaq. Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın keçmiş dövlət katibi Reks Tillerson söyləyib.
Şifrəli danışıqlar ələ keçdi: Afrin boşalır, PKK təslim olur
TSQ və ASO-nun ötən gündən etibarən mühasirəyə aldığı Afrində mülki vətəndaşların təhlükəsizliyini təmin etmək üçün humanitar koridor yaradılıb. TSQ yaradılan koridor vasitəsilə dinc əhalinin cəbhə bölgəsindən rejim nəzarətində olan ərazilərə keçməsinə şərait yaradıb.
Tanınmış aktyor evində ölü tapıldı - FOTO
İrandan Ermənistanı iqtisadi blokadadan çıxarmağa daha bir cəhd
Gəlin toy günü Həbs Olundu
Amerikanın Arizona ştatında gəlin toy günü həbs olunub. Olaylar.az bildirir ki, 32 yaşındakı gəlin Amber Young toyunun təşkil olunduğu məkana gedərkən üç müxtəlif nəqliyyat vasitələri üçün qəza şəraiti yaradıb.
Çərşənbə bayramında İNSİDENT: 3 ölü, 38 yaralı
İranın Tehran əyalətində çərşənbə bayramının qeyd edilməsi zamanı baş vermiş insidentlərdə 3 nəfər ölüb, 38 nəfər xəsarət alıb.
İlk döymələr Misirdə yaranıb? - Arxeoloqlardan maraqlı İDDİALAR
Britaniyalı alimlər döymələrin (tatuaj) çox uzun illər əvvəl Misirdə tətbiq edildiyini sübut etmək məqsədilə 5 min illik tarixi olan 2 qədim Misir mumiyası üzərində tədqiqatlar aparıb. Oksford Universitetindən olan alimlər 2 mumiyadan birinin kişi, digərinin qadın olmasına diqqət ediblər. İncələmə nəticəsində kişi mumiyanın qol nahiyəsində öküz və qoçu xatırladan rəsmə, qadın mumiyanın isə çiyin nahiyəsində xüsusi işləmələrə bənzər naxışlara rast gəliblər.
Stiven Hokinq vəfat etdi
Dünyaca məşhur ingilis fizik Stepen Hokinq 76 yaşında dünyasını dəyişib. Fizik ABŞ-ın Kembric əyarlətindəki evində vəfat edib. Bu barədə alimin övladları məlumat yayıblar. Stepen Hokinq 21 yaşında ikən müalicəsi olmayan Amotrofik Lateral Skleroz xəstəliyinə tutulub. Bu xəstəlik əsas neyronların 80%-ni öldürərək sinir sistemini iflic edir, lakin beynin fəaliyyətinə toxunmur.
Arktikada hərbi təlim
Rusiyada İŞİD-in 60 tərəfdarı saxlanıldı
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) bu ölkədən İŞİD tərəfdarlarının Suriyaya və İraqa göndərilməsinin qarşısını alıb. FTX-ninDaxili İşlər Nazirliyi ilə birlikdə keçirilən əməliyyat nəticəsində Moskva şəhəri və Moskva vilayəti ərazisində etnik cinayətkar qrupun qeyri-qanuni fəaliyyətinə son qoyulub. Qrup döyüşlərdə iştirak üçün Suriyaya və İraqa İŞİD tərəfdarlarının qeyri-leqal göndərilməsini təmin edirmiş.
Türkiyədə terrorçularla atışma: 3 şəhid, 5 yaralı
Türkiyədə terrorçularla atışmada 3 hərbçi şəhid olub, 5-i yaralanıb. Hadisə Diyarbakır əyalətinin Dicle rayonu ərazisində baş verib. Bölgədə keçirilən antiterror əməliyyatı zamanı terrorçu PKK qruplaşması silahlıları ilə hərbçilər arasında atışma olub.
Zooparkda pələng sahibini parçaladı
Çinin Fuican əyalətində dəhşətli hadisə baş verib. Ölkənin məşhur zooparklarından birində əhilləşdirilmiş pələng məşq zamanı baxıcılardan birini parçalayaraq öldürüb. Məlumata görə, sirkdə göstəriləcək yeni nömrələrə hazırlıq məşqləri zamanı balacalığından ona baxıcılıq edən Vu adlı sahibini parçalayan pələngi heç kim sakitləşdirə bilməyib. Pələngin onu bəsləyib, qayğısına qalan sahibinə niyə hücum etməsi araşdırılır.












.jpg)

