Çərşənbə bayramında İNSİDENT: 3 ölü, 38 yaralı
İranın Tehran əyalətində çərşənbə bayramının qeyd edilməsi zamanı baş vermiş insidentlərdə 3 nəfər ölüb, 38 nəfər xəsarət alıb.
14 Mart 2018 09:51 Dünyaİranın Tehran əyalətində çərşənbə bayramının qeyd edilməsi zamanı baş vermiş insidentlərdə 3 nəfər ölüb, 38 nəfər xəsarət alıb.
Bu barədə İran Təcili Tibbi Yardım İdarəsinin sözçüsü bildirib. Onun sözlərinə görə, yaralılar arasında biri qadın, digərləri isə kişidir. Yaralıların yarısı yanıq xəsarəti alıb. İki nəfərin pirotexniki vasitənin partlaması nəticəsində əlini itirdiyi bildirilir. (apa)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31