Dünya

İdlib yenidən bombalandı

14 Mart 2018 09:17

Bəşşar Əsəd rejimi Suriyada sivil insanların ölümünə səbəb olur. Əsəd rejiminə məxsus hərbi hava qüvvələrinin İdlib ərazilərinə endirdiyi zərbələr nəticəsində 5 dinc sakin həyatını itirib. Aralarında azyaşlılar olmaqla 15 nəfər isə ağır yaralanıb.

Putinin daha bir rəqibi öldü - Londonda

14 Mart 2018 09:14

Rusiya prezidenti Vladimir Putinə müxalif mövqedə olan siyasi xadim Nikolay Qluşkovun Londonda yaşadığı evdə meyiti aşkar edilib. Qluşkov Putinə müxalif möveqdə olan, oliqarx Boris Berzovskinin silahdaşlarından biri idi. 68 yaşlı siyasətçinin meyiti ailə tərəfindən mənzilində aşkar edilib.

Məktəblilərin olduğu avtobus dərəyə yuvarlandı

14 Mart 2018 09:11

ABŞ-ın Alabama ştatında içərisində 52 məktəblinin olduğu turist avtobusu dərəyə yuvarlanıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 20-yə yaxın şəxs xəsarət alıb. Hazırda hadisə yerində xilasedicilər işləyir. Qəzanın baş vermə səbəbləri araşdırılır.

Yaşayış binasında PARTLAYIŞ: Xəsarət alanlar var

14 Mart 2018 09:08

Rusiyanın Sankt-Peterburq şəhərində 9 mərtəbəli yaşayış binasında partlayış baş verib. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. İlkin ehtimallara görə, partlayış binanın blokunda baş verib. Binanın sakinləri təxliyə ediliblər. Təxminən 4 mənzilin yararsız hala düşdüyü bildirilir.

ŞOK: 16 min il yaşı olan insan kəlləsi tapılıb

13 Mart 2018 19:09

Çinin cənubundakı Quansi Cuan Muxtar Rayonu ərazisində 16 min yaşı olduğu güman edilən insan kəlləsi tapılıb. Çin mətbuatının yazdığına görə, kəllə sümüyü Lunan şəhərindən 13 kilometr məsafədə yerləşən dağdakı mağarada tapılıb. Mağara 2014-cü ildə aşkar edilib, bir il sonra isə arxeoloji qazıntılara başlanılıb.

100 il əvvəl buraxılmış marka 305 min avroya satıldı

13 Mart 2018 18:59

Filatelist Lüdvik Pıtliçekin kolleksiyasında nominal dəyəri 4 kron olan, Çexoslovakiyanın 1919-cu ilə aid yaşıl poçt markası Praqa Bələdiyyəsinin binasında keçirilən hərracda 7,8 milyon krona (305 min avroya) satılıb.AZƏRTAC xəbər verir ki, lotun start qiyməti 4 milyon kron olub; mütəxəssislər isə onu 5-7 milyon kron civarında qiymətləndirirdilər. Ancaq real qiymət rekord qırıb.

Çin polisi cinayətkarların axtarışında “ağıllı” eynəkdən istifadə edəcək

13 Mart 2018 18:45

Pekin polis əməkdaşlarına xidməti istifadə üçün sifətin tanınması sisteminə malik “ağıllı” eynəklər təqdim olunub.

Mobil telefonlardan şüalanma təhlükəsi təkzib olunub

13 Mart 2018 18:40

ABŞ-ın “Toksikologiya üzrə milli proqram” təşkilatının üzvləri mobil telefonlardan şüalanmanın insan sağlamlığına təsirgöstərmə səviyyəsini yoxlamaq məqsədilə iki tədqiqat keçirərək mobil qurğulardan istifadə zamanı insan həyatı üçün real təhlükənin olmaması qənaətinə gəliblər. Lakin tədqiqatçılar tərəfindən bir sıra təhlükəsizlik tədbirlərinə əməl etmək tövsiyə olunur. 

“WhatsApp” messencerində mesajları silmək funksiyası təkmilləşdirilib

13 Mart 2018 18:35

İndi həmsöhbətin qurğusundan mesajı 68 dəqiqə ərzində silmək mümkündür. “WhatsApp” istifadəçilərinə arzuolunmaz mesajı silmək üçün daha çox vaxt verilib. Messencerin tərtibatçıları bu funksiyanı təkmilləşdiriblər. “WhatsApp”ın ən son beta-versiyası artıq yükləmə üçün əlçatandır.

Kibertəhdidlərin aşkarlanması üçün proqram təminatı təqdim olunub

13 Mart 2018 18:30

“Kasperski laboratoriyası” antivirus şirkəti son qurğularda təhdidlərin aşkarlanması və kiberinsidentlərə reaksiya üçün “Kaspersky Endpoint Detection and Response” (KEDR) korporativ həllini nümayiş etdirib.

Türkiyə ordusu 2 şəhid verdi

13 Mart 2018 18:24

Türkiyə ordusunun Diyarbəkirin Diclə mahalı və Elazığ sərhədi bölgəsində həyata keçirdiyi əməliyyat zamanı PKK terrorçuları ilə şiddətli atışma baş verib. Bu barədə “Hürriyət” yazıb.

Tramp Tillersonu dövlət katibi vəzifəsindən uzaqlaşdırmasının səbəbini açıqlayıb

13 Mart 2018 18:04

"Reks Tillersonla İran məsələsində razılığa gələ bilmədik". Məlumata görə, bu sözləri ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonun vəzifədən uzaqlaşdırılmasına dair qərarından sonra ilk açıqlamasında deyib. 

Sarkisyan: “Azərbaycan tərəddüd etmədən İrəvanı raketlə vuracaq...”

13 Mart 2018 18:02

Nəinki Azərbaycan ordusunun iki gündür davam edən irimiqyaslı təlimləri, eləcə də Türkiyə ordusunun Suriyanın şimalındakı Afrin bölgəsini PKK/YPG kürd birləşmələrindən təmizləmək üçün apardığı hərbi əməliyyatlar Ermənistanda ciddi narahatlıqla izlənir.