Dünya

Türkiyədə deputatlar arasında növbəti kütləvi dava

13 Mart 2018 17:31

Türkiyə Böyük Millət Məclisində deputatlar arasında kütləvi dava olub. İnsident seçki ittifaqının qanuniləşdirilməsinin müzakirəsi zamanı baş verib. Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan deputatlar arasında baş verən mübahisədən sonra kütləvi dava başlayıb. Davadan sonra CHP-nin İzmirdən olan deputatı Musa Çam cəzalandırılıb. Belə ki, deputatın üç iclasa buraxılmaması barədə qərar çıxarılıb.

Türkiyə polisi Naxçıvanla sərhəddə əməliyyat keçiridi: 40 nəfər tutuldu

13 Mart 2018 16:56

Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasındakı Dilucu gömrük-keçid məntəqəsində polisin keçirdiyi əməliyyat nəticəsində 40 nəfər şübhəli tutulub. Onlar rüşvət almaqda şübhəli bilinirlər. 

Təbrizin adı kürdləşdirildi: Etirazlar başladı

13 Mart 2018 16:40

Təbrizdə şəhərin adını saxtalaşdıran tablolar peyda olub. Təbriz İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən “Turizm” və “Trafik” təşkilatlarının martın 11-də şəhərin Əhər-Təbriz yolu istiqamətində quraşdırdığı tablolardan birində Azərbaycanın qədim paytaxtı sayılan Təbrizin adı saxtalaşdırılaraq “Tavrij” kimi təqdim edilib. Belə ki, üç hissədən ibarət olan tablonun ortasındakı narıncı hissədə “Bowling Təbriz” ifadəsindəki “Təbriz” sözü təhrif edilərək, “Bowling Tavrij” kimi yazılıb.

İrəvan bunu etmək istəyir, Lavrov imkan vermir

13 Mart 2018 16:38

Ermənistan hökuməti artıq uzun müddətdir ki, Xarici İşlər naziri Edvard Nalbəndyandan yaxasını qurtarmağa çalışır. Bu iddia ilə “Jamanak” qəzeti çıxış edib. “Nalbəndyan Rusiya Xarici İşlər naziri Sergey Lavrovun sevimlisidir.

Bazar günü işləmək qadağan edildi: Əhali narazıdır

13 Mart 2018 16:20

Polşada bazar günləri işləməyin qadağan edilməsi ölkə əhalisini iki qrupa bölüb. Ölkədə bazar günü işləməyi qəti şəkildə qadağan edən qanun layihəsi mərhələli şəkildə icra ediləcək və bu proses 2020-ci ildə yekunlaşacaq. Hazırda 1 ayda 2 bazar günü işləmək qadağandır, 2019-cu ildə bu rəqəm 3 bazar günü olacaq, 2020-ci ildə isə həftənin sonuncu günü tamamilə qeyri-iş günü elan ediləcək.

Fransada "quş qripi" yayıldı

13 Mart 2018 15:56

Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti Fransanın bir sıra departamentindən diri quş və yumurta idxalına məhdudiyyət tətbiq edib. Qərar Fransanın bəzi bölgələrində aşağı patogenli quş qripinin qeydə alınması ilə əlaqədardır.

Türk ordusu Afrində daha iki kəndi aldı - Mühasirə daralır

13 Mart 2018 15:32

Türkiyə ordusu Afrində daha iki kəndi terrorçulardan azad edib. TSQ Mağaracıq və Dərməşqanlı kəndlərinin terrorçulardan təmizləndiyini açıqlayıb.

NATO-dan Ankaraya S-400-lə bağlı gözlənilməyən jest

13 Mart 2018 15:30

Rusiyadan S-400 komplekslərini almaq Türkiyənin suveren hüququdur. Bunu “Anadolu” agentliyinə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq söyləyib.  “NATO müttəfiqləri hansı silaha yatırım etməklə bağlı özləri qərar verirlər. NATO üçün vacib olan fərqli döyüş sistemlərinin qarşılıqlı fəaliyyət imkanlarıdır. S-400-ün NATO-ya inteqrasiyası haqqında sorğu hələlik təşkilata göndərilməyib. Bu sistemin inteqrasiyası elə də asan iş deyil.

Ermənistanda 25 ildir ki, seçkilər saxtalaşdırlır

13 Mart 2018 15:22

Ermənistanda keçirilən prezident seçkilərinə qarşı etiaz dalğaları səngimək bilmir. Əslində təşkil olunan etiraz aksiyaları bu ölkədə prezident seçkisinin qanunsuz, beynəlxalq standartlara zidd olmasına qarşı yox, bütövlükdə rejimə qarşıdır. Çünki, indiyə qədər Erməistanda keçirilən seçkilər heç bir halda qanun çərçivəsində baş tutmayıb, xalqın iradəsini ifadə etməyib.

Şimali və Cənubi Koreya arasında yeni bir gərginlik yaratmaq cəhdi

13 Mart 2018 15:18

Bu gün informasiya kommunikasiya texnologiyalarının sürətlə inkişafı özüylə çoxsaylı problemlər də yaradıb. Belə problemlərdən biri də kiberhücumlardır. Günümüzdə kiberhücumlar təkcə ölkələr, dövlətlər səviyyəsində deyil, həmçinin beynəlxalq korparasiyalar, iri konsaltinqlər, şirkətlər səviyyəsində də həyata keçirilir.

ABŞ generalı: "Rusiya ilə savaş ssenarisi hazırlayırıq"

13 Mart 2018 15:00

Rusiya ABŞ-ın Avropadakı qüvvələrinin toqquşduğu əsas təhdiddir. Bunu NATO-nun Avropadakı qüvvələrinin komandanı general Kertis Skaparotti söyləyib. Onun sözlərinə görə, Rusiya regional təhlükəsizliyi destabilizasiya etməyə davam edir və II Dünya müharibəsindən sonra Avropada stabilliyi təmin edən beynəlxalq hüquq normalarını pozur: “Bizim strateji prioritetimiz Rusiyanın qarşısını almaq və onun Avropadakı müttəfiqlərimizə neqativ təsirinə mane olmaqdır. Amerikalı hərbçilər Avropa dövlətlərinin Rusiya aqressiyasından qorunması ilə bağlı fərqli variantlar işləyib hazırlayır. Bunlar sırasında Rusiya ilə hərbi qarşıdurma ssenarisi də var. Hərbi qüvvələrimiz hələlik Rusiya təhdidi ilə mübarizə üçün yetərli deyil.

Fələstin baş nazirinin korteji yaxınlığında partlayış

13 Mart 2018 13:38

Fələstinin baş naziri Rami Həmdullahın korteji Qəzza şəhərinə daxil olarkən partlayış baş verib. Tədbir üçün Qəzzaya gedən baş nazir partlayış zamanı hər hansı bədən xəsarəti almayıb. Polisin verdiyi məlumata görə, hadisə nəticəsində bir neçə mühafizəçi yaralanıb. Onların vəziyyəti barədə dəqiq məlumat yoxdur.

Südünü kişilərə satan gənc qadın: özündən 2 litrə yaxın süd sağır 

13 Mart 2018 13:25

Kiprdə 24 yaşlı Rafaela Lamprou adlı qadın yeddi ay öncə oğlu Anjelonu dünyaya gətirdikdən sonra artıq qalan südünü bodibildinqlə məşğul olan kişilərə sataraq indiyə qədər 25 min TL (12.5 min manat) pul qazanıb.

Hindistanda avtobus qəzası - 11 ölü

13 Mart 2018 13:00

Hindistanın şimalındakı Uttarakhand ştatında avtobus dərəyə düşüb. Məlumata görə, hadisə nəticəsində 11 nəfər həlak olub, 13 nəfər xəsarət alıb. Hadisə yerinə xilasedicilər cəlb edilib. Qəzanın baş vermə səbəbləri hələlik məlum deyil.

ABŞ və Türkiyə razılaşdı – “Yol xəritəsi” HAZIRLANIR

13 Mart 2018 12:39

“YPG Münbicdən çəkildikdən sonra Türkiyə və ABŞ əsgərləri təhlükəsizliyi birgə təmin edəcək”. Bu haqda ölkənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu bildirib. Nazirin sözlərinə görə, martın 19-da “Yol xəritəsi” müəyyən olunacaq.