Dünya

Türkiyənin beynəlxalq sulara çıxışı bağlandı

13 Mart 2018 12:15

Şərqi Aralıq dənizində Türkiyə və Yunanıstan ilə Cənubi Kipr arasındakı gərginlik Egey dənizinə keçib. Şərqi Aralıq dənizində istədiyini əldə edə bilməyən Yunanıstan yeni və təhrikedici hücumu Egey dənizində etmək niyyətindədir. Afina ötən həftə 6 mart-30 aprel tarixlərində Egey dənizində real sursatlarla hərbi təlimlər keçirəcəyini açıqladı. Yunanıstanın açıqlamasına görə, təlimlər üçün Çanaqqala boğazı, Çeşmə, Quşadası, Fethiye və Kaşın qarşısındakı bölgələr seçilib. Beləliklə, Türkiyə gəmilərinin beynəlxalq sulara çıxışı uzun müddət bağlanmış olacaq.

“Skripal zəhəri”: Rusiyada bankir necə öldürüldü...

13 Mart 2018 11:18

Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripalın zəhərlənməsində istifadə olunan sinir iflicedici vasitədən başqa cinayətdə də istifadə edilib.  “Kommersant” qəzeti hadisənin 1995-ci ildə Rusiyada baş verdiyini bildirib. “O zaman cinayətkar bankir İvan Kivilidini və katibəsi zəhərlənmişdi.

Vladimir Jirinovski : "Nazirlər, qubernatorlar həbs edilir, amma bu heç bir effekt vermir"

13 Mart 2018 11:16

Rusiyanın bütün regionlarının borclarını bağışlamaq lazımdır. Bunu debatlar zamanı Rusiya prezidentliyinə namizəd, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.

Savçenko Rusiyaya qaçdı - İnanılmaz iddia

13 Mart 2018 11:13

Radanın deputatı Nadejda Savçenko Rusiyaya qaçıb. Bunu “LB.ua” saytına müsahibəsində Ukrayna Xalq Cəbhəsi Fraksiyasının sədr müavini Andrey Teteruk deyib. “Savçenko hazırda Strasburqda deyil, o, indi Rusiyadadır. AŞPA vitse-prezidenti Vladimir Aryev də təsdiq edib ki, Savçenko Ukrayna nümayəndə heyətinin tərkibində deyil”, – deyə o bildirib.

Bıçağı görən xoruz dil açdı - VİDEO

13 Mart 2018 09:51

Türkiyənin Balıkəsir rayonunun Kepsut qəsəbəsində maraqlı hadisə baş verib. Qəsəbə sakini İbrahim Qırcalı evinə gələn qonaqlar üçün həyətindəki xoruzu kəsmək istəyib.

Türkiyədə avtobus TIR-a çırpıldı: 6 ölü, 19 yaralı

13 Mart 2018 09:49

Türkiyənin Çorum vilayətinin Osmancık rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Sürətlə hərəkət edən sərnişin avtobusu yol kənarında dayanan ağır tonnajlı yük maşınına (TIR) arxadan çırpılıb və nəticədə yanğın baş verib.

ABŞ İrana qarşı sanksiyaların müddətini uzatdı

13 Mart 2018 09:31

ABŞ prezidenti Donald Tramp İrana qarşı ballistik raketlərin hazırlanması, "beynəlxalq terrorçuluğa dəstək" və insan haqlarının pozulması ilə əlaqədar tətbiq etdiyi sanksiyaları daha bir il müddətinə uzatmaqla bağlı qərar qəbul edib. Müvafiq bəyanatın mətni bazar ertəsi Ağ evin mətbuat xidməti tərəfindən yayılıb.

Dəməşq atəşə tutdu

13 Mart 2018 09:28

Dəməşq ətrafında yerləşən qaçqın düşərgələrindən birinin terrorçular tərəfindən minaatanlardan atəşə tutulması nəticəsində 2 nəfər ölüb, 4-ü yaralanıb. Bu barədə bazar ertəsi yerli polisə istinadən SANA agentliyi məlumat yayıb.

Aktrisa karyerasını başa vurdu

13 Mart 2018 09:26

Hollivud aktrisası Kemeron Diaz kinematoqrafiyada karyerasını başa vurmaq niyyətindədir. 45 yaşlı aktrisanın bu qərarı barədə rəfiqəsi Selma Bler məlumat verib.

Türkiyədən  Almaniyaya nota

13 Mart 2018 09:25

Türkiyə hökuməti Berlində məscid binası və Türkiyə mədəniyyət mərkəzinin yandırılması ilə əlaqədar Almaniyaya etiraz notası göndərib.

Türkiyədə zəlzələ

13 Mart 2018 09:19

Türkiyənin qərb bölgəsində 3,9 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri İzmirdən 52 km şərqdə, ocağı isə 2 km dərinlikdə yerləşib.