Dünya
2020-ci ildən ictimai nəqliyyat pulsuz ola bilər
Fransanın paytaxtı Paris şəhərinin meri Ann İdalqo 2020-ci ildə ictimai nəqliyyatdan istifadəni pulsuz etmək niyyətindədir. A.İdalqo bu barədə "Echo" qəzetinə müsahibəsində deyib. O, qeyd edib ki, 2018-ci ilin yayına kimi bütün şəhər ərazisində pulsuz ictimai nəqliyyatın iqtisadi modelini öyrənmək və müzakirə etmək niyyətindədir. Onun sözlərinə görə, bu məsələ ilə bağlı son qərar 2020-ci ildə qabul oluna bilər.
"Facebook" 5 milyard dollar itirdi
"Facebook"un təsisçisi Mark Zukerberqin sərvəti sosial şəbəkə istifadəçilərinə məxsus məlumatların sızması barədə yayılan xəbər səbəbindən 5 milyard dollar azalıb.
Fransanın sabiq prezidenti həbs edildi — SON DƏQİQƏ
Rusiya Skripalı niyə zəhərləyib? – Mey açıqladı
Ordudan ağır zərbə: Talibanın sonuncu sığınacağı da dağıdıldı
Səudiyyədə inqilab: Artıq hicab məcburi deyil
Səudiyyə vəliəhdi Məhəmməd bin Salman ölkəsi üçün inqilabi mahiyyət daşıyan bir qərar qəbul edib.
2300 il öncə duz mədənində çalışan qulun cəsədi tapıldı
2300 il öncəyə aid olunan cəsəd tapılıb. Cəsədin duz mədənində çalışdırılan qula məxsus olduğu deyilir.
9 yaşlı uşaq bacı qatili oldu
ABŞ-da 9 yaşlı oğlan, 13 yaşlı bacısını mübahisə zamanı güllələyib. Məlumata görə, 13 yaşlı bacı qardaşına oynadığı videoyunla bağlı irad bildirib. Bundan qəzəblənən qardaş, əlinə silah alıb və arxadan bacısına atəş açıb. Güllə qızın başına dəyib və o, hadisə yerindəcə həyatını itirib.
Dronlar turbinləri buzdan təmizləyəcək
Latviyanın “Aerons” şirkəti 180 kiloqramadək ağırlığı qaldıran 28 mühərrik və 16 batareyaya malik pilotsuz uçan aparat hazırlayıb. Konstruksiyanın quruluşu drona çoxlu vəzifələri yerinə yetirməyə imkan verir. Mühəndislərin planına görə, aparat hündürmərtəbəli binalarda yanğınlar söndürə, axtarış əməliyyatları həyata keçirə və ya külək turbinləri kimi mürəkkəb quruluşa malik qurğularda təmizləmə işləri apara bilər.
“Microsoft” korporasiyasının brauzeri “iPad” planşetlərində əlçatan olub
"Microsoft" korporasiyasının "Edge" brauzeri "Apple" şirkətinin istehsalı olan planşetlərdə əlçatan olub. Hələ ki az sayda istifadəçi sözügedən mobil brauzerin test versiyasını quraşdıra bilər. Yekun versiyanın təqdimetmə tarixi hələ ki məlum deyil.
“WhatsApp” messencerinə 3 yeni funksiya əlavə edilib
Yeni yeniləmə “Android” sisteminin idarəetməsi altında işləyən qurğu istifadəçilərinə “WhatsApp” messencerində qruplar üçün təsvir əlavə etməyə imkan verir. Link vasitəsilə yeni istifadəçilərin dəvəti zamanı məhz bu təsvir görsənəcək.
“Facebook”un üçüncü dünya ölkələri üçün sadələşdirilmiş versiyası yaradılıb
Robot poçtalyon prototipi hazırlanacaq
İspaniyanın “Eliport” şirkəti 2021-ci ilədək çəkisi 40 kiloqrama bərabər bağlamaları çatdıracaq robot poçtalyonların fəaliyyət göstərəcəyi ilk poçtu istifadəyə vermək üçün sərmayədarların cəlb edilməsi ilə məşğuldur.
Pakistana 123 milyarda başa gələn qələbə - General
Pakistan ordusu ölkə ərazisində yerləşən terrorçuların sonuncu sığınacağını məhv edib. Bunu jurnalistlərə açıqlamasında Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri general-mayor Asif Qafur deyib.
Putinin sirri faş oldu - General bilmədən açdı
Rusiyada martın 18-də keçirilən və Vladimir Putinin mütləq qələbəsi ilə nəticələnən prezident seçkiləri Suriyada neçə rus hərbçisinin də olduğunu ortaya çıxarıb.














