Dünya
Hamı evlənəcəklərini gözləyirdi, onlar ayrıldılar
Aktyor Şükrü Özyıldız evlənməyə hazırlaşdığı stilist Rabia Yamandan gözlənilmədən ayrılıb. İki ildir, sevgili olan cütlük nişanını qaytarıb. Bu yaxınlarda nişanlanan Rabia ailə arasında kiçik mərasim təşkil etdiklərini və toy tarixinin hələlik bəlli olmadığını demişdi.
Məşhur cütlük ikinci dəfə valideyn oldu
Hollivud ulduzu Eddi Redmeynlə xanımı Hanna Beqşou ikinci dəfə valideyn olublar. Cütlüyün Luk Riçard Beqşou adlı oğlu dünyaya gəlib.
Putin əsas hədəflərini açıqladı
Rusiya Prezidenti Vladimir Putin yeni prezidentlik müddətinin əsas hədəflərini açıqlayıb. Bu barədə RİA informasiya yayıb. “Bizim əsas məşğul olacağımız sahələr əlbəttə ki, daxili gündəm, innovasiya xarakteri qatmaqla Rusiya Federasiyasının iqtisadiyyatının artım templərinin qorunması olacaqdır. Sağlamlıq, təhsil, infrastruktur, sənaye istehsalı və digər vacib sahələrdəki bu inkişaf, dediyim kimi, irəli gedə bilmək və vətəndaşlarımızın həyat səviyyəsini yüksəltmək üçündür”, - Putin bildirib.
Səudiyyə Ərəbistanında kişilərlə qadınların maaşı bərabərləşdirilir
Səudiyyə Ərəbistanında kişilərin və qadınların maaşlarını bərabərləşdirməyə hazırlaşırlar. Bu barədə CBS kanalına krallığın varisi şahzadə Məhəmməd ibn Salman məlumat verib. “Biz yaxın gələcəkdə başlanacaq bir təşəbbüs üzərində işləyirik. Bu təşəbbüs kişilər və qadınlar üçün bərabər ödəniş təmin edən normaların inkişafına yönəldiləcək”, - deyə o bildirib. Səudiyyə şahzadələri qul əməyi vasitəsilə səhrada 500 milyard dollarlıq bir cənnət tikəcəklər.
""Zeytun budağı" hələ başa çatmayıb"
Türkiyə "Zeytun budağı" antiterror əməliyyatını hələ başa çatdırmayıb. Bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib. O qeyd edib ki, hazırda Türkiyə Silahlı Qüvvələri "Zeytun budağı" əməliyyatı çərçivəsində Afrində küçə və meydanların minalardan təmizlənməsi işləri görür.
ABŞ-da avtomobildə partlayıcı qurğu tapılıb
ABŞ-ın Kolorado ştatının Brumfild şəhərində əldəqayırma partlayıcı qurğu zərərsizləşdirilib. Məlumata görə, partlayıcı qurğu ticarət mərkəzinin yaxınlığındakı dayanacaqda saxlanmış avtomobildə aşkar edilib.
Tanınmış müğənni özündən 30 yaş kiçik tələbəsi ilə evləndi
Türk musiqisinin sənətçilərindən olan Yıldırım Bekçi 30 yaş kiçik tələbəsi Emine Demirel ilə ailə həyatı qurub.
Məlikyan: "İran 30 milyonluq azərbaycanlıdan qorxur, yoxsa…"
İranın Dağlıq Qarabağ və qondarma erməni soyqrımı məsələsində mövqeyi Ermənistanla eynidir. Bunu Tehranda nəşr olunan “Alik” qəzetinin baş redaktoru Derenik Məlikyan erməni saytına müsahibəsində deyib.
Əfqanıstanda stadion ətrafında partlayış: Ölənlər var
Əfqanıstanın şərqində, Cəlalabad şəhərində partlayış olub. Hadisə nəticəsində 3 nəfər ölüb, 8-i xəsarət alıb. Onların arasında 5 uşaq da var. Yaralılar xəstəxanaya çatdırılıb.
Səhiyyə nazirinin müavini intihar etdi - Rusiyada
Tatarıstanın səhiyyə nazirinin müavini Yelena Şişmaryova intihar edib. Bu barədə Rusiya İstintaq Komitəsinin regional bölməsi məlumat yayıb. Nazir müavininin meyiti Stolbişe qəsəbəsində evində aşkar edilib. Onun ölümü kriminal xarakterli deyil.
Yerevanda jurnalistərin etiraz aksiyası keçirilir
Yerevanda meriya binasının qarşısında jurnalistərin etiraz aksiyası keçirilir. Aksiya mətbuat nümayəndələrinin meriya binasına girişinin qadağan olunmasına etiraz olaraq davam edir. Səhər saatlarından başlayan aksiya "Qapıları açın, mətbuat gəlir" şüarı ilə keçirilir.
"Terrorçular ABŞ-ın verdiyi silahları Afrində atıb qaçıblar"
Houkinqin sirli məqaləsi ORTAYA ÇIXDI
76 yaşında vəfat edən məşhur ingilis fizik Stiven Houkinqin yayımlanmamış məqaləsi ortaya çıxıb. “Sonsuz qabarmadan yumşaq bir çıxış” adı verilən məqalədə Böyük Partlayışların izini təqib edən kosmik kəşfiyyat gəmilərinin hansı imkanlara sahib olmsı qeyd edilib. Məqalə Houkinqin 1983-cü ildə yayımladığı “Biq Banq” (Böyük Patlayış) teoriyasının davamı kimi dəyərləndirilir.
Moqerinidən İrana əsl bayram sürprizi
Avropa Birliyi İrana qarşı əlavə sanksiyalar tətbiq etmək niyyətində deyil. Bunu jurnalistlərə açıqlamasında Avropa Birliyinin baş diplomatı Federika Moqerini söyləyib. Onun sözlərinə görə, İranın nüvə proqramı ilə bağlı diskusiyalar hələlik gözlənilmir.
Rusiyada seçki həyəcanı bitdi
Şimal qonşumuzda seçki həyəcanı başa çatdı. Gözlənildiyi kimi bu dəfə də seçkilərdən Vladimir Putin qalib çıxdı. Seçkilərdə Putinə ciddi alternativin olmaması, həmçinin onun xalq arasındakı reytinqinin hələ də qalması Kreml rəhbərinin qələbəsini qaçılmaz edirdi. Ancaq qarşıdakı 7 ilin Putin üçün o qədər də yaxşı keçməyəcəyi bildirilir.














