Dünya
Azərbaycanda yaşayan Rusiya vətəndaşlarının 83,3 faizi Putinə səs verib
Sergey Skripalın zəhərlənməsində günahkar kimdir?
Rusiya Baş Kəşfiyyat (QRU) İdarəsinin keçmiş əməkdaşı, istefada olan polkovnik Sergey Skripalın qızı Yuliya ilə birlikdə İngiltərədə zəhərlənməsi ətrafında qalmaqal səngimək bilmir. Məsələ ətrafında həm İngiltərə, həm də Rusiya bir-birinə qarşı diplomatik səviyyədə yeni-yeni tədbirlər həyata keçirirlər. Daha doğrusu, Böyük Britaniya məsələni ikitərəfli qaydada analiz edib günahkarı tapmaq əvəzinə, Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etmək yolunu tutub. Məsələni bu qədər böyütməkdə Britaniyanın məqsədi nədir? Nə üçün İngiltərə zəhərlənmə faktının araşdırılması məsələsini gündəmə gətirmir, yaxud, bu məsələdə Rusiya ilə birgə işləməkdən imtina edir? BMT-nin Baş Katibi Antonio Guterres nədən beynəlxalq səviyyədə münaqişəyə səbəb olmuş faktın araşdırılması üçün zəruri tədbir görmür?
ABŞ Ermənistana və Qarabağ separatçılarına 70 milyon dollar ayıracaq
ABŞ Nümayəndələr Palatasının 37 üzvü Konqresin erməni məsələləri üzrə komissiya qrupunun həmsədri Frenk Palonun 2019-cu maliyyə ilində Qarabağ və Ermənistan üçün 70 milyon dollar ayrılmasına dair çağırışına qoşulub.
Vanqanın Putin və Venera planeti ilə bağlı öncəgörmələri
Vanqanın müəyyən dövrlərlə bağlı öncəgörmələrinin bir çoxu reallaşıb. Bu gün Vanqanın 2018-ci il üçün öncəgörmələrini təqdim edir. Vanqanın daha əvvəl bilinməyən bir proqnozu da üzə çıxıb. 1996-cı ildə dünyasını dəyişən Vanqa 51-ci əsrdə dünyanın sonu olacağını bildirib.
Kentukidə qatarlar toqquşdu - Yaralananlar var
Moskvada “Russia,Land of Opportunity” forumu baş tutub
Rusiyanın paytaxtı Moskvada “Russia,Land of Opportunity” forumu həyata keçirilib. “OLAYLAR” xəbər verir ki, f orumda dünyanın müxtəlif ölkələrindən dəvət olunan 300 nəfər gənc, həmçinin 4700 nəfər Rusiya vətəndaşı da iştirak edib.
Novruz bayramı tədbirləri ləğv edildi
Şimali İraq kürd muxtariyyətinin ən böyük əyalətlərindən olan Süleymaniyyədə üç günlük matəm elan edilib. Qərarın “Zeytun budağı” hərəkatının gedişatında Suriyanın Afrin bölgəsinin Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun əlinə keçməsi ilə əlaqədar verildiyi bildirilir.
Türkiyədə növbəti əməliyyatda 59 kq heroin müsadirə edilib
Türkiyənin şərqində Van vilayətində narkotacirlərə qarşı genişmiqyaslı əməliyyat keçirilib. Məlumata görə, bu barədə vilayət polisi xəbər yayıb. Məlumatda qeyd edilir ki, əməliyyat çərçivəsində 59 kiloqram heroin müsadirə edilib. Eyni zamanda 3 nəfərin saxlanıldığı bildirilir.
Jirinovskidən gündəmi dəyişdirəcək PROQNOZ: 6 il sonra...
Martın 18-də keçirilən prezident seçkiləri Rusiyada son ola bilər. Bunu prezidentliyə namizədlərdən olan Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski bildirib. Partiya sədri prezident seçkilərinin ləğvini proqnozlaşdırıb. Növbəti seçkilərdə iştirak edib-etməyəcəyinə gəlincə, Jirinovski belə cavab verib: “Altı il sonra başqa seçkilər olacaq, şərait yüz fazi dəyişəcək”.
Trampın qızı və kürəkəninin olduğu helikopterdə nasazlıq yaranıb
Saakaşvili: "Poroşenko məni əsir götürməklə səhv etdi"
Ukrayna hakimiyyəti Putinin metodları ilə hərəkət edir. Bunu “Nyusvan” televiziyasına müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili söyləyib.
Afrində PARTLAYIŞ - Ölənlər var
Suriyanın Afrin şəhərində 4 mərtəbəli binada partlayış baş verib. Məlumata görə, partlayış nəticəsində 11 nəfərin öldüyü bildirilir. Məlumata görə, ölənlərdən 4-ü dinc sakin, 7 nəfəri isə Azad Suriya Ordusunun üzvləridir.
Şou zamanı bədbəxt hadisə: Rəqqas öldü- VİDEO
"Cirque Du Soleil" adlı rəqs qrupunun göstərdiyi şou bədbəxt hadisə ilə yarımçıq qalıb. Floridada - Tampada rəqs nümayişi zamanı hündürlükdən yıxılan rəqqas həyatını itirib. Qrupun "VOLTA" performansı zamanı bir rəqqas metrlərlə hündürlükdən yıxılaraq ağır xəsarət alıb və vəfat edib. Hadisə izləyicilədən biri tərəfindən lentə alınıb. Proqram təxirə salınıb.
Dayı 24 yaşlı bacısı qızını zorladı - Xəbərim olmadan cinsi əlaqədə olub
Erzurumda bacısının 24 yaşlı qızına təcavüz edən və doğulan körpənin DNT testi cavabı ilə atası olduğu təsdiqlənən evli, 2 uşaq atası A.İ.-nin (42) 21,5 ilə qədər azadlıqdan məhrum edilməsi istənilib.
ABŞ fəlakətə doğru gedir - Putin XƏBƏRDARLIQ ETMİŞDİ
ABŞ-ın ümumi dövlət borcu tarixdə ilk dəfə 21 trilyon dolları ötüb. Bu haqda ABŞ-ın bu Maliyyə Nazirliyinə istinadən CBS telekanalı bildirib.














