Trampın qızı və kürəkəninin olduğu helikopterdə nasazlıq yaranıb

ABŞ prezidenti Donald Trampın qızı İvanka Trampla əri Cered Kuşnerin olduğu helikopter Vaşinqtona qayıtmalı olub.APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, buna səbəb Nyu-Yorka uçmalı olan helikopterin iki mühərrikindən birində yaranan nasazlıq olub. Hadisə bir neçə gün öncə baş verib. Cütlüyün nümayəndəsi məsələ ilə bağlı hər hansı açıqlama verməyib. Onların hansı səbəbdən təyyarə yerinə helikopterdən istifadə etdiyi bilinmir. Qeyd edək ki, C. Kuşner prezident Trampın müşaviridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31