Dünya

İraqdan Ərdoğanın çağırışına cavab: "Hazırıq!"

21 Mart 2018 10:40

Həmsərhəd bölgələrdə təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Türkiyə ilə əməkdaşlığa hazırıq. Bunu İraq Ədliyyə naziri Heydər Zamlı Türkiyənin İraqdakı səfiri Fatih Yıldızla görüşü zamanı deyib. Görüş zamanı Fatih Yıldız Türkiyə-Suriya və Türkiyə-İraq sərhədlərində terror qruplarının yerləşdiyini bildirərək, Türkiyənin İraqla əməkdaşlığı çərçivəsində sərhədləri terrorçulardan təmizləmək üçün hərbi əməliyyatların başladıldığını bildirib.

Məşhur milyonçu vəfat etdi

21 Mart 2018 10:19

"Blackstone Group" investisiya şirkətinin sahibi, məşhur milyonçu Piter Peterson 92 yaşında ABŞ-da dünyasnı dəyişib. Bu barədə "Bloomberg" mərhumun ailə üzvlərinə istinadən məlumat yayıb.

TÜKÜRPƏDƏN CİNAYƏT: Ana övladına baxan dayəni yandırdı - FOTO​​​​​​​

21 Mart 2018 10:18

Londonda tükürpədən cinayət hadisəsi baş verib. Körpə uşağa dayəlik edən 21 yaşlı Sofi Lionenin yanmış meyiti tapılıb. Uşağın anası boyfrendi ilə əlbir olaraq onu yandırıb.

Prezident istefa verdi

21 Mart 2018 10:16

Myanma prezidenti U Txin Çjo istefa verib. Bu barədə "Sinxua" agentliyi məlumat yayıb. 71 yaşlı U Txin Çjo 2016-cı ilin martında parlamentdə prezident seçildikdən 2 il sonra istefa verib.

Yaponiyada tıxac problemi qeyri-adi üsulla həll ediləcək

20 Mart 2018 17:49

Yaponiya hökuməti nəqliyyat tıxacı problemlərinin həlli məqsədilə uçan taksilərin hazırlanmasına dəstək nümayiş etdirəcək. Bu barədə "NHK" telekanalının məlumatında deyilir.

Qərb Ukraynadan bizə qarşı istifadə edir - Rusiya

20 Mart 2018 17:43

Ukrayna artıq tez-tez beynəlxalq hüquq çərçivəsindən kənara çıxır. Bunu jurnalistlərə açıqlamasında Rusiya Dumasının spikeri Vyaçeslav Volodin söyləyib.

Ərdoğan: "Türkiyə Qərbin istəyini yerinə yetirdi və iki ay ərzində Afrini azad etdi"

20 Mart 2018 13:34

Əgər ABŞ Türkiyənin mütəffiqidirsə, o zaman Türkiyə ilə birgə fəqliyyət göstərməlidir. Məlumata görə, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, Türkiyə Qərbin Afrində hərbi əməliyyatların dayandırılması barədə xahişini yerinə yetirmək qərarına gəldi və iki ay ərzində Afrini terrorçularda tam təmizlədi.