Dünya

Hindistanda meymun uşağı qaçırıb öldürdü

3 Aprel 2018 17:30

Hindistanın Orissa ştatında meymun yeni doğulan körpəni qaçırıb. Məlumata görə, meymun daha sonra uşağı quyuda boğub. Uşağın anası qeyd edib ki, meymun qəflətən uşağı götürüb və evin damına qalxıb. Qısa müddət ərzində meymun oradan uzaqlaşıb. Bir müddət uşağı axtarsalar da, axtarışlar nəticə verməyib.

Putin Ankaraya gəldi: Ərdoğanla görüş

3 Aprel 2018 17:13

Rusiya Prezidenti Vladimir Putin Ankaraya gəlib. Putini Əsənboğa hava limanında Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız, Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov və digər rəsmi şəxslər qarşılayıb. Rəsmi qarşılamadan sonra Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün prezident iqamətgahına yollanıb.

Mehmet Ali Erbilə ağır itki üz verdi

3 Aprel 2018 17:12

Şoumen Mehmet Ali Erbilin ailəsinə itki üz verib.  Şoumenin 1980-ci ildə ailə qurduğu ilk xanımı Muhsinə Kamiloğlunun atası dünyasını dəyişib.

Türkiyədən “Süleyman Şah” HƏMLƏSİ – Düşməni şoka salacaq əməliyyatın DETALLARI

3 Aprel 2018 16:57

Süleyman Şah Türbəsi öz əvvəlki yerinə köçürüləcək. Bunu Türkiyənin Baş nazirinin müavini Fikri İşık “TRT Haber” telekanalının canlı yayımında deyib. “Süleyman Şah Türbəsi müvəqqəti olaraq danışıb, gec-tez öz yerinə köçürüləcək. Çünki, ora türk torpağıdır”, – o bildirib.

Məhkəmə Bülent Ersoyu cəzalandırdı

3 Aprel 2018 16:49

Müğənni Lerzan Mutluya "Sənin canlı efirinə hücum edərəm" deyərək hədələyən Bülent Ersoyun məhkəməsi yekunlaşıb. Tərəflərin qatılmadığı məhkəmə Ersoyu cəzalandırıb. 

Afrinin “milli ordu”su yaradıldı

3 Aprel 2018 16:47

Suriyanın Afrin rayonunun terrorçulardan azad edilməsindən sonra Azad Suriya Ordusuna daxil olan müxtəlif qruplar “milli ordu”nun tərkibində birləşib. Məlumata görə, hazırda bölgədə təhlükəsizliyi daha əvvəl Türkiyə tərəfindən yaradılmış yerli polis təmin edir.

SON DƏQİQƏ: Hərbi təyyarə qəzaya uğradı

3 Aprel 2018 16:43

Myanmada təlim zamanı hərbi təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarənin pilotu həlak olub.

Alimlər “X planeti”ni ittiham edir – “Dünyada kütləvi məhvolmalar başlayıb…” – FOTOLAR

3 Aprel 2018 16:04

ABŞ-ın Arkanzas Universitetindən olan alimlər Yer kürəsində baş verən kütləvi məhvolmaların səbəbini araşdırıblar. Onların fikrincə, bunun səbəbi Yerin ətrafında hərəkət edən “X planeti”dir.

Ankarada Ərdoğan, Putin və Ruhaninin təhlükəsizliyini 4 min polis qoruyacaq

3 Aprel 2018 15:45

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhanin Ankarada Suriya ilə bağlı keçirəcəkləri görüşün təhlükəsizliyini 4 min polis əməkdaşı təmin edəcək.

Fransanın Reyunyon adasında vulkan püskürdü

3 Aprel 2018 15:37

Hind okeanında Fransaya məxsus Reyunyon adasında Piton-de-la-Furnez vulkanı püskürməyə başlayıb. Vulkan səhər saatlarından etibarən fəallaşıb. Ada rəhbərliyi sakinlərin təhlükəsizliyi məqsədilə fövqəladə vəziyyət xəbərdarlığı elan edib. Vulkanın ətraf bölgələrinə gediş-gəliş məhdudlaşdırılıb.

Şimali Koreya dünyaya açılır

3 Aprel 2018 15:11

Dünyada bir birindən maraqlı proseslər baş verir. Bir çox regionlarda münaqişələr, şiddətli qarşıdurmalar yaşandığı halda, bəzi regionlarda isə illərdir bir-birinə qənim kəsilən ölkələr bir-biri ilə əməkdaşlığa can atır, təşəbbüs göstərir. Məsələn bir neçə ilə əvvəl haqsız yerə İranı əsas düşmən obrazında Qərb, Birləşmiş Ştatlar Tehranla münasibətləri normallaşdırmağa qərar verdi, cənub qonşumuza qarşı tətbiq etdiyi sanksiyaları yumşaltmaq istiqamətində addımlar atdı.

Putin prezidentlik vəsiqəsini aldı

3 Aprel 2018 15:00

Rusiyanın Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova Vladimir Putinə prezident vəsiqəsini təqdim edib. Bu barədə Kremlin saytı məlumat yayıb. Məlumatda qeyd olunur ki, Pamfilova Putinlə görüşdə “Vladimir Vladimiroviç, sizi seçkilərdə qələbə qazanmağınız münasibətilə təbrik edir və vəsiqəni təqdim edirəm” deyib.

Ticarət mərkəzində TƏŞVİŞ - 4500 nəfər təxliyə olundu

3 Aprel 2018 14:53

Moskvanın mərkəzində yerləşən “Afimoll-Siti” ticarət mərkəzində 4500-dən çox adam təxliyə olunub. Məlumata görə, buna binanın yanğınla bağlı həyəcan siqnalının işə düşməsi səbəb olub. 

300-ə yaxın tədris müəssisəsində dərslər dayandırıldı 

3 Aprel 2018 14:52

Rusiyanın Saratov vilayətində kəskin respirator xəstəlikləri ilə əlaqədar 300-ə yaxın tədris müəssisəsində dərslər bir həftə müddətinə dayandırılıb. Məlumata görə, bölgədə martın 26-dan aprelin 1-ə qədər 20 mindən çox insan kəskin respirator virusuna yoluxub. Bu göstəricinin epidemiya həddindən 51,5 faiz çox olduğu deyilir.

ABŞ silah anbarını Türkiyədən çıxardı

3 Aprel 2018 14:29

ABŞ Hərbi Hava Qüvvələrinin Türkiyənin İncirlik hərbi bazasında saxladığı “Armag” mobil silah anbarını başqa yerə köçürüb. Bu barərə “Hürriyət” məlumat verib.