Dünya

Avropanın hava məkanı bağlandı

4 Aprel 2018 09:12

Avropada hava nəqliyyatında ciddi problem yaranıb. Aviasiya Nəzarət Mərkəzindəki (Eurocontol) kompüter sistemindən yaranan qəza ilə əlaqədar Avropa daxilində həyata keçirilməsi planlaşdırılan uçuşların yarısı təxirə salınıb.

“Instagram” xidməti “Apple Watch” saatlarında əlçatmaz olacaq

3 Aprel 2018 19:30

"Instagram" servisi "Apple Watch" smart saatlarında öz dəstəyini dayandırır. Bu haqda şirkətin nümayəndələri məlumat veriblər. ABŞ şirkətinin "ağıllı" saatlarında sözügedən servisin populyarlığı çox aşağıdır.

“SpaceX” şirkətinə peyk internetinin yaradılması üçün icazə verilib

3 Aprel 2018 19:20

ABŞ Federal Rabitə Komissiyası (FCC) “SpaceX” şirkətinin bir neçə min kompakt peykdən ibarət “Starlink” peyk şəbəkəsinin işə salınması və istifadəyə verilməsi üçün müraciətinə müsbət cavab verib. Şirkət şəbəkə vasitəsilə ABŞ daxil olmaqla dünyada istifadəçilər üçün internetə çıxış imkanı yaratmağı planlaşdırır.  

“Apple” korporasiyası “Intel” şirkətinin prosessorlarından imtina edir

3 Aprel 2018 18:55

“Bloomberg” nəşrinin məlumatına görə, 2020-ci ildən etibarən “Apple” şirkəti onun istehsalı olan kompüterlərdə öz prosessorlarını tətbiq edəcək. Beləliklə, ABŞ korporasiyası 2006-cı ildən noutbuk, monoblok və masaüstü fərdi kompüterlərdə istifadə etdiyi “Intel” şirkətinin prosessorlarından imtina edə bilər.

Süni intellektin insanı əvəz edəcəyi vaxt bəlli olub

3 Aprel 2018 18:50

Süni intellekt sistemləri 10-15 il sonra insanı əvəz edəcək. Bu haqda Qabaqcıl Tədqiqatlar Fondunun informasiya araşdırmaları istiqamətinin direktoru Serqey Qarbuk “RİA” xəbər agentliyinə deyib.

“5G” texnologiyası operatorlara mədaxili artırmağa kömək edəcək?

3 Aprel 2018 18:45

“Strategy Analytics” analitik şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) böyük perspektivlər açmasına baxmayaraq onun texnologiyanın işə salınacağı ilk illərdə operatorların gəlirlərinə təsirinin zəif olacağını proqnozlaşdırır.

Halit Ergenç 1 milyon dollarını itirdi

3 Aprel 2018 18:23

Aktyor Halit Ergençin 2014-cü ildə 1 milyon dolar yatıraraq açdığı sosial şəbəkə tətbiqetməsi "Pondr" bağlanıb.   "Pondr" izləyicilər tərəfindən gözlənilən marağı görməyib. Qohumu Aziz Akgüllə birgə həyata keçirdiyi "Pondr" (dərin düşüncə) adlı ağıllı telefon tətbiqetməsinin iflasına isə oxşar xüsusiyyətləri "Facebook", "Tvitter" və "İnstagram" sosial şəbəkələrinin də həyata keçirməsi səbəb olub. Bununla da aktyor 1 milyon dollarını itirib. 

Dərmanın təsirindən rəngini dəyişən ürək çipi icad edilib

3 Aprel 2018 18:15

Çin alimləri dərmanın effektivliyindən asılı olaraq rəngini dəyişən ürək çipi yaradıblar.

“Google” şirkəti “Android” mobil əməliyyat sistemində 300-dən çox boşluğu aradan qaldırıb

3 Aprel 2018 18:10

“Google” şirkəti tərəfindən “Android” mobil əməliyyat sistemi üçün buraxılmış yeniləmədə ümumilikdə 312 boşluq düzəldilib. Kritik təhlükəli  kimi qiymətləndirilmiş 9 boşluq hakerə məsafədən istənilən kodu icra etməyə imkan verir. Bu halda 287 problem yüksək təhlükə dərəcəsinə malik kimi qiymətləndirilib.

“Taliban”ı çökdürdülər - Bir gündə 18 komandirini itirdi

3 Aprel 2018 18:09

Əfqanıstan təyyarələrinin Kunduz əyalətinə endirdiyi zərbələr nəticəsində “Taliban” terror təşkilatının 18 komandiri zərərsizləşdirilib. Məlumata görə, ötən gün bölgədə yerləşən mədrəsə və onun ətrafının bombardman edilməsi nəticəsində onlarla şəxs həlak olmuşdu. Bu gün həlak olanların “Taliban” mənsubları olduğu açıqlanıb.

Şvartsenegger həkimlərə təşəkkür etdi

3 Aprel 2018 18:01

Aktyor Arnold Şvartsenegger açıq ürək əməliyyatı edən həkim və tibb bacılarına təşəkkür edib. Məlumata görə, bu barədə məşhur aktyor Twitter-də yazıb. "Bu doğrudur: mən geri döndüm! Mən oyandım və bunun üçün minnətdar olmalıyam. Həkimlər və tibb bacılarına təşəkkür edirəm", deyə Şvartsenegger bildirib.

Türkiyədə "Akkuyu" AES-in təməlqoyma mərasimi keçirilib

3 Aprel 2018 17:54

Türkiyənin Mersin vilayətində "Akkuyu" atom elektrik stansiyasının (AES) təməlqoyma mərasimi keçirilib. Məlumata görə, Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin videokonfrans vasitəsilə mərasimdə iştirak ediblər. Türkiyə və RF hökumətləri arasında "Akkuyu" AES-in tikintisi haqqında saziş 2010-cu il mayın 12-də imzalanıb.