Dünya
Metro gecə saat 2-ə qədər işləyəcək - Bayramla əlaqədar
Moskva Metropoliteni aprelin 7-dən 8-ə keçən gecə saat 2-ə qədər sərnişinlərə xidmət göstərəcək. Məlumata görə, bu barədə paytaxt Nəqliyyat Departamentinin rəhbəri Maksim Liksutov deyib. Metropoliten rəsmisi bildirib: "Paytaxt sakinləri və qonaqların rahatlığı üçün gecə saat 2-ə qədər iş vaxtı uzadılacaq".
Saakaşvili: "Söz verirəm, Gürcüstana qayıdacağam"
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili ölkəyə qayıtmağı və indiki hakimiyyəti “bitirməyi” söz verib. Məlumata görə, M.Saakaşvilinin “Vahid milli hərəkat” partiyasının üzvləri tərəfindən yayılmış videomüraciətdə o, prezident seçkilərindən sonra Gürcüstana qayıdacağını deyib: “Mövcud çətinliklə yalnız iqtisadiyyatın artım və həyat səviyyəsinin inkişafı ilə mübarizə aparmaq olar. İndi mənim Gürcüstana qayıtmağımın qarşısının alınması üçün mənə qarşı ittihamlar irəli sürülüb. Amma mən Gürcüstana qayıdacağam və öz komandamla birgə bütün proqramları icra edəcəyəm”.
İnstagramdan daha bir YENİLİK
İnstagram, Apple'ın ağıllı saat üçün hazırladığı Watch app-ı tətbiqdən yığışdırıb. IPhone tətbiqi üçün buraxılan sosial şəbəkə versiyası 39.0 versiyasının yenilənməsi ilə ağıllı saat inteqrasiyası sona çatdırdı.
Sarkisyan Karapetyanın adamlarını qovdu
Ermənistanın yeni baş naziri vəzifəyə təyin edildikdən 15 gün sonra yeni hökuməti formalaşdırmalıdır. Bu barədə informasiyanı “Qraparak” qəzeti yayıb.
Hamilə qala bilməyən Fatimə rəfiqəsinin qarnını yırtıb, uşağı götürüb qaçdı
Hamilə rəfiqəsini öldürüb, qarnını yarıb uşağı oğurlamaqda təqsirləndirilən qadın həbs edilib. Meksikada hamiləykən uşağını düşürən qadın bunu ört -basdır etmək üçün hamilə rəfiqəsini boğaraq öldürüb, sonra da qarnını yırtaraq uşağı oğurlayıb, qaçıb. Dəhşətli hadisədən sonra Cinthia Fatima N adlı qadın və əri saxlanılıb. Ölən 20 yaşlı Jessica Gabriela-nın əri isə şok yaşayıb. Məlumata görə, Fatimə Cessika ilə uşaq paltarları satılan onlayn-mağazaların birində tanış olub. Fatimə Cessikanı aldadıb və evinə dəvət edib. O, Cessikanı boğub, öldürüb, sonra da uşağını oğurlayıb. Cessikanın evə gəlmədiyini görən ailəsi narahat olub və bu barədə polisə məlumat verib.
Britaniya rus diplomatlarını çıxarmaqda Serbiyaya təzyiq göstərir
Serbiyalı nazir Rusiyadan diplomatların çıxarılması ilə bağlı Britaniyadan təzyiq gördüyünü etiraf edib. Serbiya Baş nazirinin birinci müavini, daxili işlər naziriİvika Daciç açıqlamasında bildirib ki, Serbiya diplomatlarını Rusiyadan çıxartmayacaq. O, İngiltərənin bu barədə "xahiş"ini nəzərə almayacaqlarını söyləyib.
Səudiyyə Ərəbistanı şahzadəsi: “İsrailin vətən torpaqlarına hüququ var”
İsrailin vətən torpaqlarına hüququ var. Bunu “The Atlantic” nəşrinə müsahibəsində Səudiyyə Ərəbistanı şahzadəsi Məhəməd bin Salman deyib. Bununla da, o, İsrailin “torpaq hüququ”nu tanımış ilk Səudiyyə hakimiyyəti nümayəndəsinə çevrilib. Xatırladaq ki, bu iki ölkə arasında rəsmi diplomatik əlaqələr mövcud deyil və bunun səbəbi Fələstin-İsrail qarşıdurmasıdır.
İspaniyada filləri daşıyan yük maşını aşdı
İspaniyanın şərqindəki Albasete əyalətində sirk fillərini daşıyan yük maşını aşıb. Hadisə nəticəsində heyvanlardan biri ölüb, ikisi isə xəsarət alıb.
Rusiya Ermənistana yenə “İsgəndər”lər verəcək?
Nelson Mandelanın həyat yoldaşı vəfat etdi
Cənubi Afrikada irqçiliyə qarşı mübarizə aparan, keçmiş prezident Nelson Mandelanın keşmiş həyat yoldaşı Vinnie Madikizela 81 yaşında vəfat edib. Olaylar.az bildirir ki, Vinnie Madikizela uzun surən xəstəlikdən sonra paytaxtda yerləşən Milpark xəstəxanasında səhər saatlarında dünyasını dəyişib.
2010-cu ildə... - Nüvə müharibəsi qorxusu Obamaya BUNU ETDİRDİ
Ağ Evin altında keçmiş prezident Barak Obamanın dövründə tikilmiş bunker tapılıb. Bu haqda jurnalist Ronald Kesslerin “Trampın Ağ Evi: oyun qaydalarını dəyişdirərək” adlı kitabında deyilir.
Kremlin “Troya” əməliyyatı MƏXFİLİKDƏN ÇIXARILDI
Rusiya 2014-cü ildə Ukraynada vəziyyətin destabilizasiyası üçün “Troya” gizli əməliyyatı hazırlayıb. Bu haqda Böyük Britaniyanın “The Times” nəşrində dərc edilən məruzəyə istinadən “Amerikanın Səsi” yazıb. Məruzə Rusiya prezidenti Vladimir Putinin məsləhətçisi Vladislav Surkovun elektron poçtunun məktublarından informasiyanın itkiləri əsasında hazırlanıb. Beləliklə, Ukraynanın daha bir regionunun Rusiya tərəfindən tutulması planı məxfilikdən çıxarılıb.
İranda çayxanada baş verən yanğında 11 nəfər ölüb
İranın cənub-qərbindəki Xuzestan əyalətində yerləşən Ahvaz şəhərindəki çayxanaların birində yanğın baş verib. Yanğında 11 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Məxfi: Rusiya İrəvanı bu cür məhv edir - Abqoryan
Rusiyanın hərbi polis dəstəsinin 102-ci bazada yerləşdirilməsi haqqında bəyanat nə Rusiya hökuməti, nə də Müdafiə Nazirliyi tərəfindən verildi. Bəyanatı Rusiyanın hərbi dairələrindən birinin qərargahı yaydı. Bu, artıq Rusiya-Ermənistan dövlətlərarası münasibətin olmadığını göstərir.
Moskva erməni nazirə cinayət işi açdı
Rusiya İstintaq Komitəsi Ukrayna Daxili İşlər naziri Arsen Avakova qarşı cinayət işi qaldırıb. Bunu jurnalistlərə açıqlamasında komitənin rəsmi nümayəndəsi Svetlana Petrenko deyib. Onun sözlərinə görə, cinayət işinin qaldırılmasına səbəb Avakovun prezident seçkisi zamanı Rusiya vətəndaşlarına səs verməyə maneələr yaratmasıdır.














