2010-cu ildə... - Nüvə müharibəsi qorxusu Obamaya BUNU ETDİRDİ
Ağ Evin altında keçmiş prezident Barak Obamanın dövründə tikilmiş bunker tapılıb. Bu haqda jurnalist Ronald Kesslerin “Trampın Ağ Evi: oyun qaydalarını dəyişdirərək” adlı kitabında deyilir.
3 Aprel 2018 12:50 DünyaAğ Evin altında keçmiş prezident Barak Obamanın dövründə tikilmiş bunker tapılıb. Bu haqda jurnalist Ronald Kesslerin "Trampın Ağ Evi: oyun qaydalarını dəyişdirərək" adlı kitabında deyilir.
Jurnalist bildirib ki, bunker prezident iqamətgahının şimal çəmənliyinin altında gizlədilmişdi. Məlumata görə, yeraltı sığınacaq nüvə müharibəsinin baş vermə ehtimalına qarşı 2010-cu ildə tikilib.

Donald Tramp administrasiyasının əməkdaşlarının artıq bu tikintidə olduğu bildirilir.
Qeyd edək ki, Ağ Evin Şərq qanadının altında daha bir bunker var. 2001-ci il sentyabrın 11-də "Əl-Qaidə" tərəfindən törədilən terror aktları zamanı burada ABŞ-ın vitse-prezidenti Riçard Çeyni və bir sıra məmurlar gizlənib. Publika.az xarici mediaya istinadən xəbər verir.