Dünya
Ermənistanda komissarlıqdan avtomatlar oğurlandı
Ermənistanın Şirak vilayətinin Aşotsk hərbi komissarlığının silah anbarından silah-sursat oğurlanıb. Bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.
Tailandda çoxmərtəbəli binada yanğın: ölənlər var
Tailandın paytaxtı Banqkokun rayonlarının birində 14 mərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə nəticəsində 3 nəfər ölüb, 60 nəfər yaralanıb.
İrəvanda kafedə partlayışda yaralanan iranlı xanım evə buraxıldı
İrəvanda "Burger King" kafesində baş verən partlayışda xəsarət alaraq xəstəxanaya yerləşdirilən İran vətəndaşı Zeynən Hüseyni bu gün xəstəxanadan buraxılıb. Ötən gün baş verən partlayış nəticəsində 8 nəfər xəsarət almışdı.
Türkiyəli aktyorun afrikalı pərəstişkarları
Dünyanın dörd bir tərəfində maraqla izlənilən türk serialları bu dəfə Afrika vətəndaşlarının diqqət mərkəzində olub. Olaylar.az bildirir ki, “Asla vazgeçmem” serialının əsas qəhrəmanı Tolqahan Sayışmanın Anqolaya səfəri böyük maraqla qarşılanıb. Havalimanında izdihamla qarşılanan aktyorun bu səfərində məqsəd məhz pərəstişkarları ilə görüşmək olub.
Bişkekdə toyda zəhərlənənlərin sayı 220-yə çatıb
Qırğızıstan paytaxtındakı restoranlardan birində toy mərasimi zamanı zəhərlənənlərin sayı 220-yə çatıb. Məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Bundan əvvəl Bişkekdə tibbi yardıma toy mərasimində iştirak edən 150-dən çox şəxs müraciət etmişdi.
Fələstin liderinin şok taktikası: milyonlarla silahsız insan...
İsrail dövləti qurulduqdan bu yana ən böyük sınaqlardan biri ilə qarşı-qarşıyadır: Qəzza zolağındakı etiraz hərəkatı fələstinliləri 1948-ci ilə qədər yaşadıqları ərazilərə güc yolu ilə qaytarmaq istəyir.
Moskvanın görünməz bombaları Qərbi qorxuya saldı
Rusiyanın bu il öz silahlanmasına “Drel” aviasiya bombasını qəbul etmək istəməsi Kreml tərəfindən növbəti aqressiya siqnalı kimi qəbul edilməlidir.
Türkiyə və ABŞ addım-addım... - Bu fotolar qiyamət XƏBƏRÇİSİDİR
Məşhur müğənnidən ŞOK SÖZLƏR: Qadınlar nə üçün daim eyni kişi ilə yatmalıdır?
Yunan mahnılarının veteran ifaçılarından sayılan türkiyəli müğənni Fedon hesab edir ki, artıq kişilər 50 il bir qadına dözmək məcburiyyətində deyil. O, “Posta” qəzetinə verdiyi müsahibəsində şəxsi həyatı haqqında gözlənilməz və mübahisələrə səbəb olan sözlər dilə gətirib. 72 yaşlı müğənninin fikrincə, ailə institutları artıq aradan qaldırılmalıdır.
"YouTube"un işində problem yaranıb
Dünyanın bir çox yerində istifadəçilər “YouTube” videoservisinin işində problemlərin olduğunu bildirirlər. Bu barədə internet-resursların işini izləyən “Downdetector” bildirir. “Downdetector”un məlumatında deyilir: “2 aprel 2018-ci il saat 22:55:24-də “Youtube”da problemlər var”.
Çikaqoda əhali Trampa etiraz edir
Amerikanın ən böyük ştatlarından biri olan İllinoys ştatının Çikaqo şəhərində əhali ABŞ prezidenti Donald Trampa etiraz məqsədilə küçələrə çıxıb. Əhali D.Trampın yürütdüyü mənasız sityasətə və hüquq-mühafizə orqanlarının xalqla kobud rəftarına etiraz ediblər.














