Dünya
Səfirliyin iki əməkdaşına qarşı SUİ-QƏSD
Yunanıstanın hüquq-mühafizə orqanları İranın Afinadakı səfirliyinin iki əməkdaşına qarsı sui-qəsd faktı üzrə araşdırmaya başlayıb. Naməlum şəxs İran səfirliyinin binası yanında iki nəfəri öldürmək niyyəti ilə yaralayıb. Aprelin 1-də şübhəli şəxs müəyyən edilərək saxlanılıb. Saxlanılan şəxs 47 yaşlı İran vətəndaşıdır.
İrəvanın mərkəzində PARTLAYIŞ - Yaralananlar var - VİDEO
Hadisə nəticəsində 9 nəfər xəsarət alıb. Partlayış “Burger King” kafesində qeydə alınıb. Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb edilib.
Beyonsdan xanımlara məsləhət
Müğənni Beyons üzü yağlı xanımlara maska tərifi deyib. Öz siması da yağlı olan 36 yaşlı ifaçı bunun üçün çiyələk və limondan istifadə etdiyini bildirib.
Abel mükafatının sahibi məlum oldu
Bu il “Riyaziyyatçılar üçün Nobel mükafatı” adlandırılan nüfuzlu Abel mükafatına kanadalı riyaziyyatçı, ədədlər nəzəriyyəsi və həndəsəylə bağlı Lenqlends proqramının müəllifi Robert Lenqlends (Robert Langlands) layiq görülüb.
Gəmi batdı
Türkiyənin Muğla əyalətində gəmi batıb. Türkiyənin Hərbi-Dəniz Qüvvələri batan gəmidəki insanları xilas edib. Muğlanın Fəthiyə rayonunda dənizdə batan “Mermaid” adlı gəzinti gəmisindəki insanlar üzərək özlərini yaxınlıqdakı qayalara çatdıra biliblər. Göyərtədə 71 tələbə və 8 heyət üzvü olub.
İraq Türkiyənin altı vətəndaşını ölümə məhkum etdi
İraq məhkəməsi İŞİD terror qruplaşmasında iştirakda ittiham olunan Türkiyənin 6 qadın vətəndaşını ölüm cəzasına məhkum edib. Bu haqda “Al-Arabiya” ərəb telekanalı bildirib.
Rusiyada yaşayış binasında DƏHŞƏTLİ YANĞIN
Əbdülfəttah əs-Sis - Misirin yeni prezidenti
Misirin hazırkı prezidenti Əbdülfəttah əs-Sisi rəsmən növbəti dörd il müddətinə Misir Ərəb Respublikasının dövlət başçısı vəzifəsinə seçilib. Bunu Qahirə Milli Seçki Komissiyasının sədri Laşin İbrahim bəyan edib. Onun sözlərinə görə, ölkə daxilində seçkilərdə 24 milyon 97 min 92 seçici iştirak edib, xarici ölkələrdə səsverməyə isə 157 min 60 misirli qatılıb. Səsvermədə ümumilikdə 24 milyon 254 min 152 Misir vətəndaşı iştirak edib. Seçici fəallığı isə 41,05 faiz olub.
ABŞ Fəthullah Güləni Türkiyəyə verəcək?
ABŞ Türkiyədə Rusiyanın səfiri Andrey Karlovun qətlində əli olmaqda ittihamları ilə əlqədar terror hərəkatının lideri Fəthullah Gülənin ekstradisiyası imkanları barədə qərar qəbul edəcək. Bunu “TASS”a ABŞ-ın ədliyyə nazirliyinin nümayəndəsi Nikol Navas bildirib.
Tokioda Kibercinayətkarlıqla Vahid Mübarizə Mərkəzi yaradılıb
Bu gündən Tokioda Kibercinayətkarlıqla Vahid Mübarizə Mərkəzi öz işinə başlayıb. Məlumata görə, sözügedən mərkəz Tokio Polis İdarəsinin bazasında fəaliyyət göstərəcək. Yeni strukturda 500 müstəntiq və analitik işləyəcək.
“Google” şirkəti “Goo.gl” xidmətinin fəaliyyətini dayandırır
“Google” şirkəti URL ünvanların qısaldılması üzrə “goo.gl” xidmətinin fəaliyyətinə son verəcəyini elan edib. Hazırda sözügedən xidmət aktivdir, ancaq 18 apreldən etibarən yalnız qeydiyyatdan keçmiş istifadəçilər “goo.gl” hesabının konsolu vasitəsilə URL ünvanları qısalda biləcəklər.
Dünyada İLK - İnsan qulağından 10 trilyon dəfə kiçikdir
Dünyada ilk dəfə insan qulağından 10 trilyon dəfə kiçik olan mikrofon hazırlanıb. Amerikalı mütəxəssislər tərəfindən hazırlanan ən kiçik mikrofon insan qulağından təxminən 10 trilyon dəfə kiçik olmasına baxmayaraq, həssaslıqda insan qulağından geri qalmır. Bu günə qədər hazırlanan mövcud bütün rəqəmli qurğular ölçülərinə görə, insanın qulaq pərdəsindən kiçik olan (akselerometr və s.) sensorlar əsasında yaradılıb. Onların səsi qəbul edə bilmə sistemləri olduqca zəifdir.
Rusiya İrəvan üzərində nüfuzunu itirir - Kuznetsov
Ermənistan çox uzun müddət illüziyalarla yaşayıb. Güc və sabitlik ehtiyatı çoxdan tükənib. Bunu rusiyalı politoloq Oleq Kuznetsov Rusiyada keçirilmiş seçkilərin nəticələri və onların Cənubi Qafqaz regionundakı vəziyyətə təsiri məsələsini şərh edərkən deyib.
Yay gəlməmiş 100 nəfər dondurmadan zəhərləndi
Qazaxıstanın Çimkənt şəhərində dondurmadan kütləvi zəhərlənmə baş verib. Məlumata görə, 100 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib. Xəstəxanaya müraciət edənlərdən 38-nin ambulator müalicə üçün artıq evə buraxıldığı, qalan xəstələrin isə yaxın günlərdə buraxılacağı bildirilib.
Rusiyadan etiraf: ABŞ-ın bu addımından qorxuruq
Moskva ABŞ-ın Rusiya aktivlərinə sanksiyalar tətbiq edəcəyindən qorxur. Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Pankin deyib.













