Ermənistanda komissarlıqdan avtomatlar oğurlandı

Ermənistanın Şirak vilayətinin Aşotsk hərbi komissarlığının silah anbarından silah-sursat oğurlanıb. Bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.

Ermənistanın Şirak vilayətinin Aşotsk hərbi komissarlığının silah anbarından silah-sursat oğurlanıb. Bu barədə "Joxovurd" qəzeti məlumat yayıb.

Məlumata görə, komissarlığın silah anbarından 2 avtomat silahı və 48 güllə naməlum şəkildə yoxa çıxıb. "Hər şey növbənin dəyişməsi zamanı üzə çıxdı. Növbəni təhvil alan hərbçi çatışmazlıq görüb və hüquq-mühafizə orqanlarına məruzə edib. Hazırda hərbi komissarlıqda hadisənin necə baş verməsi araşdırılır", - qəzet bildirib. Hərbi komissar Levon Karapetyan hadisədən şoka düşüb: "Hadisənin necə baş verdiyini bilmirəm. İnanın, mən heç nə gizlətmirəm", - o, qəzetə verdiyi açıqlamasında deyib. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31