Dünya

Qara qar yağdı - Uşaqlar üçün zərərlidir

18 Fevral 2019 16:52

Rusiyanın Sibir bölgəsində qara qar yağıb. Qara qar əsasən Prokopyevsk, Leninsk-Kuznetsky ve Kiselyovsk bölgələrində müşahidə edilib. Hadisə ilə bağlı prokurorluq tərəfindən araşdırma aparılır. İlkin məlumata görə, qara qarın yağma səbəbi ərazidəki fabriklərdən havaya buraxılan tüstüdür. Ərazidəki zavodlardan birinin direktoru Anatoliy Volkov şirkətin küçəni kirdən qoruyan xüsusi pərdələrinin olduğunu deyib.

Maduro: O, sionistlərə xidmət edən MKİ casusudur

18 Fevral 2019 16:51

Xuan Quaido ABŞ-ın və sionistlərin maraqlarına xidmət edən MKİ casusudur. Bunu Hizbullaha tabe olan “Əl Mayadin” televiziyasına müsahibəsində Venesuela Prezidenti Nikolas Maduro deyib. O, ABŞ-ın Venesuela neftini və zənginliklərini ələ keçirməyə cəhd etdiyini bildirib.

“Mənə yazan kişilərin 70 faizi evlidir”

18 Fevral 2019 16:48

Türkiyəli aparıcı Seda Akgül “Kanal D”də yayımlanan “İkinci sayfa” proqramının qonağı olub. 47 yaşlı aparıcı etdiyi açıqlamalarla diqqət mərkəzində olub. “İndiyədək heç kim mənə nişan üzüyü taxmayıb. Nişanlananda da üzüyümü özüm almışdım. Başqalarının yanında alçalmasın deyə, “nişanlım alıb” deyirdim.

Köçəryanın oğluna ölkədən çıxış qadağan edildi – Həbsi hazırlanır

18 Fevral 2019 16:39

Ermənistanın eks-prezidenti Robert Köçəryanın böyük oğlu Sedrak çirkli pulların yuyulması və vergidən yayınmada ittiham olunub. Bunu Sedrak Köçəryanın özü jurnalistlərə açıqlamasında deyib. O, ittihamı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin irəli sürdüyünü bildirib.

“S-400”-lərin Türkiyəyə çatdırılacağı tarix MƏLUM OLDU

18 Fevral 2019 16:25

Rusiya bu ilin sonuna kimi Türkiyəyə “S-400” hava hücumundan müdafiə sistemlərinin çatdırılmasını başa çatdıracaq. Bu haqda Rusiyanın “Rostex” Dövlət Korporasiyasının baş direktoru Sergey Çemezov “IDEX-2019” müdafiə sərgisinin gedişatında jurnalistlərə açıqlamasında deyib. Qeyd edək ki, “S-400” zenit-raket kompleksləri ilə bağlı Rusiya və Türkiyə arasında başlanan razılaşma ABŞ və Türkiyə arasında gərginliyin əsas səbəblərdən biri kimi göstərilir. Vaşinqton Ankaranı dəfələrlə təhdid edib ki, Türkiyə “S-400” alarsa”, “Patriot” ala bilməyəcək, eyni zamanda, “F-35” proqramında iştirakı riskə girə, ABŞ-ın sanksiyalarına məruz qala bilər.

SON DƏQİQƏ: İsraildən bütün müsəlmanları ŞOKA SALACAQ QƏRAR

18 Fevral 2019 16:19

İsrail polisi Şərqi Qüdsdəki Əl-Əqsa məscidinin bütün qapılarını bağlayıb. Bu haqda Qüds İslam Vəqflər İdarəsinin sözçüsü Firas Dibs yazılı açıqlamasında bildirib.

Fransa və Səudiyyə Ərəbistanından gözlənilməz addım: savaş gəmiləri...

18 Fevral 2019 10:37

Fransa Səudiyyə Ərəbistanı ilə hərbi əməkdaşlıq edəcək. Fransanın “Naval Qrup” şirkəti Səudiyyə Ərəbistanı Hərbi Sənayesi (SAMİ) savaş gəmiləri və sualtı gəmilər istehsal etmək üçün razılaşma imzalayıb.