İsrail ordusu daha 16 fələstinlini saxladı

İsrail qüvvələri işğal altındakı Qərbi Şəriyədə 16 fələstinlini saxlayıb.

Olaylar.az bildirir ki, İsrail ordusundan verilən yazılı açıqlamada, fələstinlilərin saxlanmasına səbəb olaraq  Qərbi Şəriyənin müxtəlif bölgələrinə gecə basqınlarında "terror hərəkətlərinə qarışdıqları" iddiası göstərilir.

Fələstinlilərin sorğulanmaq üzrə bölgədəki nəzarət mərkəzinə sövq edildiyi ifadə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31