Köçəryanın oğluna ölkədən çıxış qadağan edildi – Həbsi hazırlanır
Ermənistanın eks-prezidenti Robert Köçəryanın böyük oğlu Sedrak çirkli pulların yuyulması və vergidən yayınmada ittiham olunub. Bunu Sedrak Köçəryanın özü jurnalistlərə açıqlamasında deyib. O, ittihamı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin irəli sürdüyünü bildirib.
18 Fevral 2019 16:39 DünyaErmənistanın eks-prezidenti Robert Köçəryanın böyük oğlu Sedrak çirkli pulların yuyulması və vergidən yayınmada ittiham olunub.
Bunu Sedrak Köçəryanın özü jurnalistlərə açıqlamasında deyib. O, ittihamı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin irəli sürdüyünü bildirib.
Sedrak ondan ölkəni tərk etməmək haqqında iltizam alındığını vurğulayıb.
Qeyd edək ki, bundan öncə Sedrak Köçəryan "Konqres" otelinin alınması işi üzrə Milli Təhlükəsizlik Xidmətində dindirilib. Axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31