Qara qar yağdı - Uşaqlar üçün zərərlidir

Rusiyanın Sibir bölgəsində qara qar yağıb. Qara qar əsasən Prokopyevsk, Leninsk-Kuznetsky ve Kiselyovsk bölgələrində müşahidə edilib. Hadisə ilə bağlı prokurorluq tərəfindən araşdırma aparılır. İlkin məlumata görə, qara qarın yağma səbəbi ərazidəki fabriklərdən havaya buraxılan tüstüdür. Ərazidəki zavodlardan birinin direktoru Anatoliy Volkov şirkətin küçəni kirdən qoruyan xüsusi pərdələrinin olduğunu deyib.

Rusiyanın Sibir bölgəsində qara qar yağıb. Qara qar əsasən Prokopyevsk, Leninsk-Kuznetsky ve Kiselyovsk bölgələrində müşahidə edilib.

Hadisə ilə bağlı prokurorluq tərəfindən araşdırma aparılır. İlkin məlumata görə, qara qarın yağma səbəbi ərazidəki fabriklərdən havaya buraxılan tüstüdür. Ərazidəki zavodlardan birinin direktoru Anatoliy Volkov şirkətin küçəni kirdən qoruyan xüsusi pərdələrinin olduğunu deyib.

Eyni zamanda, Kemerovo Regionunun Sənaye, Nəqliyyat və Ətraf Mühit üzrə Vali müavini Andrei Panov hadisənin səbəbi ola biləcək kömür qazanları, digər zavodlardan havaya atılan tullantılarla əlaqələndirib.

Məlumatda bu cür havanın uşaqlar üçün zərərli olduğu qeyd edilir. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31