Türkiyədə daha 13 FETÖ-çü saxlanıldı
18 Fevral 2019 12:20 DünyaPaytaxt Ankara başda olmaqla Türkiyənin 76 vilayətində FETÖ/PYD şəbəkəsinə qarşı keçirilən əməliyyatda Kayseridə 13 şəxsin polis tərəfindən saxlanılması qərarı verilib.
Olaylar.az bildirir ki, Ankara Baş Prokurorluğunun apardığı istintaqda 2010-cu ildə keçirilən Polislikdən Komissarlığa Keçid İmtahanında FETÖ silahlı terror təşkilatı üzvlərinin imtahan suallarını imtahandan əvvəl ələ keçirərək şəbəkə üzvlərinə ötürdüyü müəyyən edilib.
Qaçaqçılıq və Mütəşəkkil cinayətlər Mübarizə Şöbəsi qrupları tərəfindən, 26 şübhəlidən 13 FETO-çü saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31