Türkiyə "Zeytun Budağı Əməliyyatı"nda şəhid verdi

Zeytun Budağı Əməliyyatı" çərçivəsində bir türk əsgəri şəhid olub.

Olaylar.az bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumatda, "Bizləri dərin bir acı və kədərə qərq edən bu hadisədə həyatını itirən əziz şəhidimizin Allahdan rəhmət, kədərli ailəsinə, Türk Silahlı Qüvvətləri ilə Uca Türk millətinə başsağlığı və səbir diləyirik." ifadələri qeyd olunub.

Qeyd edək ki, "Zeytun Budağı Əməliyyatı" 2018-ci ilin 19 yanvar tarixindən etibarən Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın şimalında yerləşən Hələb mühafəzəsinin daxil olduğu Əfrin bölgəsinə doğru başladılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31