Türkiyədə kömür mədənində uçqun - Ölən və yaralananlar var

Türkiyənin Muğla vilayətinin Milas rayonundakı kömür mədənində uçqun baş verib.

Olaylar.az bildirir ki, qəza bölgəsinə axtarış-xilasetmə, təcili yardım və polis dəstələri sövq edilib. Hadisə yerində axtarış-xilasetmə işlərinə başlanıb.

Qəza nəticəsində uçqun altında qalan 3 nəfərdən 2-nin öldüyü, 1 nəfərin isə yaralı olaraq xilas edildiyi bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31