Siyarto: Ukraynanın münaqişədə qalib gələcəyinə dair təsəvvürlər — illüziyadır - ÖZƏL
20:21 DünyaUkraynanın davam edən münaqişədə qələbə qazana biləcəyi ilə bağlı fikirlər reallığa uyğun deyil.
Olaylar xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bəyanat verib.
"Ukraynanın bu müharibədə qalib gələcəyinə inanmaq, onun qələbə qazana biləcəyini düşünmək - sadəcə illüziyadır", - deyə o, açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, Ukraynaya göstərilən bütün dəstəyə baxmayaraq, onun tərəfdaşları döyüş meydanında vəziyyətin dəyişdirilməsinə nail ola bilməyiblər.
Siyarto əlavə edib ki, NATO-nun Avropadakı üzvləri "hərbi fanatizmin təsiri altında korlaşıblar".
Bundan əvvəl nazir Avropanın Rusiya ilə müharibəyə hazırlaşdığı barədə xəbərdarlıq etmişdi.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31