Onlar Ermənistan kilsəsini parçalayacaq - İDDİA

ABŞ-dən verilən məlumatlara görə, katolikos vəzifədən uzaqlaşdırılsa belə, proses bununla məhdudlaşmayacaq. Bu, yalnız başlanğıcdır.

Musavat.com xəbər verir ki, bu iddianın müəllifi ABŞ-ın Stenford Universitetinin siyasi elmlər üzrə doktoru Artur Xaçikyandır.

Evangelistlər Ermənistan Apostol Kilsəsində parçalanma yaradacaqlar. Onlar ya Ermənistan kilsəsini özlərinə tabe edərək idarəni ələ alacaqlar, ya da Ermənistanda tamamilə özlərinə məxsus yeni kilsə yaradacaqlar. Nəticədə Ermənistan kilsəsinin əmlakı onların nəzarətinə keçəcək.

"Ermənilər əvvəlcə Qüdsdən, daha sonra isə Yaxın Şərqdən sıxışdırılıb çıxarılacaq. Bunun ardınca erməni diasporunun assimilyasiyası baş verəcək - bu isə uzun illərdir Türkiyənin arzusudur", - deyə revanşist ekspert qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31