Zelenskidən TƏCİLİ AÇIQLAMALAR - Real sülhə nail olmaq üçün...
16:33 DünyaVolodimir Zelenski Brüsseldə Ukrayna ilə Avropa İttifaqı liderlərinin müşavirləri arasında milli təhlükəsizliyin gücləndirilməsinə yönəlmiş əsas danışıqların keçiriləcəyini bildirib.
Olaylar.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" məlumat yayıb.
Zelenskinin sözlərinə görə, müdafiə naziri Rüstəm Umerov ona bu gün Brüsseldə nəzərdə tutulan görüşlərə hazırlıq barədə məruzə edib. Görüşlər Ukraynanın tərəfdaşlarla davamlı koordinasiya mexanizminin bir hissəsidir və danışıqlar prosesinin tam aktivliyini təmin edir.
Brüsseldəki danışıqlarda Umerovla yanaşı, Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi və Baş Qərargah rəisi Andrey Qnatov da iştirak edəcək.
Ukrayna nümayəndə heyəti Avropa tərəfdaşlarını ABŞ nümayəndələrinin dünən Moskvadakı təmaslarının nəticələri barədə məlumatlandıracaq və təhlükəsizlik arxitekturasının Avropa komponentini müzakirə edəcək.
Brüsseldəki görüşlərdən sonra Umerov və Qnatov ABŞ prezidenti Donald Trampın nümayəndələri ilə görüşə hazırlaşacaq.
Zelenski əlavə edib ki, Ukrayna "real sülhə nail olmaq üçün" konstruktiv işləyəcək.
Prezident gün ərzində keçiriləcək görüşlərin nəticələri barədə yeni hesabat gözlədiyini də vurğulayıb. (Musavat.com)