Gürcüstan prezidenti: "2030-cu ildə Aİ-yə üzvlüyə tam hazır olacağıq"

Gürcüstan prezidenti Kavelaşvili ölkəsinin 2030-cu ilə qədər Avropa İttifaqına üzv olmağa tam hazır olacağını bildirib. 

Olaylar.az-ın məlumatına görə o, bu barədə çıxışı zamanı Aİ ilə münasibətlərdə mövcud ziddiyyətlərə toxunub.

Kavelaşvili deyib ki, hazırda əsas problem Aİ-nin Gürcüstana qarşı ikili standartlarla davranmasıdır:

"2030-cu ildə Gürcüstan Aİ üzvlüyü üçün tam hazır olacaq. Amma bu gün biz bilmirik, Aİ öz mövqeyini dəyişəcəkmi. Onlar dialoqu əsas prinsip adlandırır, amma bizimlə dialoqa girmirlər. Bəzən hökuməti tanıyırlar, bəzən yox. Bu, absurddur".

Prezident bildirib ki, Gürcüstan Avropa İttifaqı ilə münasibətlərdə dialoqun bərpasını və daha aydın mövqe tələb edir. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31