SON DƏQİQƏ: Minə yaxın Ukrayna əsgəri MÜHASİRƏYƏ DÜŞDÜ

Mirnoqradda minə yaxın ukraynalı əsgər mühasirəyə düşüb və yardım istəyir.

Olaylar.az xəbər verir ki, bu barədə "Bild" əsgərlərdən birinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, vəziyyət kritikdir. Tədarüklər demək olar ki, yalnız dronlar və yerüstü robotlar tərəfindən təmin edilir, hətta qida çatdırılması da çətindir. 

Rusiya qüvvələri logistikanın keçdiyi əraziyə nəzarət edir, bu da rotasiya zamanı yaxın döyüşlərə səbəb olur.

Hərbçilər ya kontingentin çıxarılmasını, ya da təhlükəsiz dəhlizin yaradılmasını istəyirlər.

Əsgər iddia edir ki, şəhərin müdafiəçiləri indi ancaq düşməni müşahidə edə bilirlər, onların hücum etmək üçün resursları yoxdur. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31