ABŞ Avropa İttifaqının Rusiya aktivlərindən istifadə planına qarşı çıxır - ÖZƏL
20:22 DünyaABŞ Avropa İttifaqının Ukraynaya kredit vermək məqsədilə dondurulmuş Rusiya aktivlərindən istifadə planına qarşı çıxır.
Olaylar xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Məqalədə bildirilir ki, "Keçən həftə Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun iclası çərçivəsində keçirilən danışıqlar zamanı ABŞ rəsmiləri Avropa həmkarlarına bu təşəbbüsə hələ qoşulmayacaqlarını bildiriblər."
Agentliyin mənbəsinin sözlərinə görə, ABŞ-ın qərarı bazarın sabitliyi üçün potensial risklərlə bağlıdır.
Əvvəlcə Beynəlxalq Valyuta Fondu (IMF) Qərb ölkələrini xəbərdar edərək bildirib ki, Rusiyanın aktivlərinin mümkün istifadəsi Ukraynaya yardım məqsədilə ciddi nəticələr doğura bilər.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31