Makron Sarkozini ilə həbs olunmazdan əvvəl gizli görüşüb - ÖZƏL

Fransa Prezidenti Emmanuel Makron keçmiş Fransa lideri Nikolya Sarkozi ilə onun həbsindən əvvəl gizli görüş keçirib.

Olaylar bu barədə "Le Figaro" mənbələrinə istinadən xəbər verir.

Bildirilir ki, görüş Elize Sarayında baş tutub və siyasətçilər bir saatdan artıq danışıblar.

Qeyd olunur ki, Paris Cinayət Məhkəməsi Sarkozini 2007-ci il seçki kampaniyasının maliyyələşdirilməsi işi ilə bağlı beş il həbs cəzasına məhkum edib.

Sarkozi həbs cəzasını 21 oktyabr 2025-ci il tarixindən etibarən çəkməyə başlayacaq.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31