Siyarto: Aİ Budapeşt sammitini dəstəkləmək əvəzinə münaqişəni uzatmağa davam edir - ÖZƏL
19:11 DünyaAvropa siyasətçiləri Rusiyanın və ABŞ-ın Budapeştdə keçirilməsi planlaşdırılan sammitini dəstəkləmək əvəzinə, Ukraynadakı münaqişənin uzadılmasını müdafiə etməyə davam edirlər.
Olaylar xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bəyanat verib.
Nazirin sözlərinə görə, Avropa İttifaqı "sülhə doğru daha bir mühüm addım atmaq imkanına" sevinmək əvəzinə, qarşıdurmanın davam etməsini istəyir.
"Bu gün də eyni şüar səsləndi: Ukraynaya daha çox pul və silah göndərilməlidir," - deyə Siyartonun sözlərini Olaylar sitat gətirir.
Siyarto əlavə edib ki, Kiyev artıq əlavə silahlanma üçün 60 milyard avro tələb edir və bu rəqəmlər zaman keçdikcə "getdikcə daha absurd" hal alır.
Qeyd edək ki, bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın və ABŞ-ın Budapeştdə keçirilməsi nəzərdə tutulan sammitinin detalları üzərində hələ razılığın əldə olunmadığını bildirib.
İbrahim Məmmədli