Litva və Polşa Suvalki dəhlizində birgə hərbi təlimlər keçirəcək - ÖZƏL
16:09 DünyaLitva və Polşa strateji əhəmiyyətə malik Suvalki dəhlizində birgə hərbi təlimlər keçirməyi planlaşdırır. Olaylar.az xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda, ölkəsini ziyarət edən Polşa Prezidenti Karol Navrotski ilə birgə mətbuat konfransında məlumat verib. Nausedanın sözlərinə görə, Suvalki bölgəsində birgə təlimlərin keçirilməsi mütəmadi olaraq gündəmdə saxlanılır. "Bu strateji cəhətdən vacib ərazidə birgə təlimlərin keçirilməsi məsələsi daim diqqət mərkəzindədir. Yaz aylarında Suvalki dəhlizində növbəti təlimlərin təşkili planlaşdırılır," - deyə o bildirib.
Qeyd edək ki, Suvalki dəhlizi Litva və Polşa sərhədi boyunca uzanan, təxminən 64 kilometr uzunluğa malik strateji ərazidir. Bu bölgə Rusiya Federasiyasının Kalininqrad vilayəti ilə Belarusun Qrodno vilayəti arasında yerləşir. Əgər bu dəhliz bağlanarsa, Litva NATO üzrə Qərb tərəfdaşlarından quru yolla təcrid oluna bilər.